“İstədiyimiz vaxt Fars körfəzində istənilən gəmini ələ keçirərik...”

“İstədiyimiz vaxt Fars körfəzində istənilən gəmini ələ keçirərik...”
 

İran hakimiyyəti Fars körfəzində istənilən vaxt istənilən gəmini ələ keçirə bilər, hətta onu Amerika və ya Britaniya qüvvələri müşaiyət etsə belə.

Belə təhdidlə İranın İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı, admiral Əlirza Tangsiri çıxış edib. İran televiziyasında çıxışı zamanı admiral bildirib ki, İnqilab Keşikçilərinin dəniz qüvvələri Hörmüz boğazında və Fars körfəzində təhlükəsizliyi müstəqil şəkildə təmin etməyə qadirdir. Və hansısa xarici köməyə ehtiyacı yoxdur.

Admiral onu da deyib ki, əgər körfəzdə hansısa formada İsrail qüvvələri görünsə bu müharibəyə gətirib çıxaracaq.

Admiral Əlirza Tangsiri ABŞ və Böyük Britaniyanı körfəzdəki hərbi iştiraklarına haqq qazandırmaq üçün "müxtəlif ssenarilər” uydurmaqda günahlandırıb. Deyib ki, Amerika tərəfi əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir.

Qeyd edək ki, İran son vaxtlar körfəzdə bir neçə dəfə neft tankerlərinə hücum edib, Böyük Britaniyaya məxsus tankeri ələ keçirib. Körfəzdən neft daşımalarının və gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün ABŞ Müdafiə Nazirliyi xüsusi missiya başladıb. Və müttəfiqlərini bu missiyaya qoşulmağa çağırıb. Hələlik təkcə Böyük Britaniya bu missiyaya qoşulmağa hazırdır. İyulun 22-də bu ölkə özünün atom sualtı qayığını və dəniz piyadaları dəstəsini Fars körfəzinə göndərib.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...