İstanbulu yeni il gecəsi qana bulayan tutuldu - Foto + Yenilənir
01:46 / 17.01.2017
41951
Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda "Reina” gecə klubunda terror törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov, nəhayət, tutulub.
"Qafqazinfo” "Posta” qəzetinə istinadən xəbər verir ki, terrorçu İstanbulda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Esenyurt vilayətində 4 yaşlı oğlu ilə birlikdə yaxalanıb.
Qeyd edək ki, Ə. Maşaripov hücumdan sonra oğlunu da götürərək qaçıb.
Xatırladaq ki, "Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölmüş, 66 nəfər isə yaralanmışdı.
***
"Posta” xəbər verir ki, İŞİD hücrəsinə edilən hücum nəticəsində Ə. Maşaripovla birlikdə daha 3 nəfər saxlanılıb.