İstanbulda Şeyxin də iştirak etdiyi konfrans başladı

İstanbulda Şeyxin də iştirak etdiyi konfrans başladı

Türkiyənin İstanbul şəhərində "İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans başlayıb.

"Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan konfransda Qafqaz Müsəlmanlar idarəsinin (QİM) sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türkiyə Diyanət İşləri başqanı Əli Ərbaş, Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ, ilahiyyatçılar, din xadimləri və millət vəkilləri iştirak edir.

Beynəlxaq tədbirə hər iki ölkənin liderləri məktub göndərib.

Prezident İlham Əliyevin məktubunu Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlı oxuyub. Ölkə başçısı məktubunda konfransın işinə uğurlar arzulayıb və İslam dünyasının indiki mürəkkəb və gərgin dövründə bu kimi tədbirlərin əhəmiyyətindən söz açıb.

Məktubda Azərbaycanda bu il "İslam Həmrəliyi ili” elan edilməsinin İslam dininə və İslam çoğrafiyasına verdilən dəyərin sübutu olduğu vurğulanıb. Eyni zamanda, dünyanın bir çox bölgəsində İslam dini adı altında törədilən terror hadisələri və qətl edilən müsəlmanlardan söz açılıb. Prezident İlham Əliyev məktubunda Azərbaycanın İslam ölkələrini beynəlxaq arenada birləşməyə, həmrəy olmağa çağırış edən bir ölkə olduğunu bildirib.

Beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, elan edilən "İslam Həmrəyliyi ili” çərçivəsində Bakıda, Finlandiyada, Rusiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərdən sonra belə mötəbər tədbirin dünyanın paytaxtı olan İstanbulda təşkil olunmasının əhəmiyyətindən danışıb. O, beynəlxaq tədbir çərçivəsində Azərbaycan və Türkiyənin İslam coğrafiyası üçün əhəmiyyətli layihələrə imza atacağını deyib.

Türkiyə Diyanət İşləri başqanı Əli Ərbaş çıxışında iki ölkə arasında dostuq-qardaşlıq əlaqələrinin İslam dinində və hədislərində də öz əksini tapdığını deyib. O, Azərbaycanın İslam dininə göstərdiyi diqqət və qayğını yaxından izlədiklərini qeyd edib: "Təkcə Bakıda 1993-2000-ci illər arasında 8 məscid tikilib. 1999-cı ildə ibadətə açılan Şəhidlik məscidi və İlahiyyat məscidi Bakının ürəyində, Xəzərin sahilində müsəlmanların ibadət yeridir. Elə o məscidlərin bağlanacağı söz-söhbətlərinin yerinə orda namazların qılınması və azan səsinin yüksəlməsi ilə biz burda hüzura qovuşuruq”.

Tədbirdə baş nazirin müavini Bekir Bozdağ, Milli Məclisin Parlamentlərarası dostluq qurpunun rəhbəri Əhliman Əmiraslanov, ilahiyyatçılar və din adamları çıxış edib. (report)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...