İstanbulda “Rusiyadan olan killer” saxlanıldı

İstanbulda “Rusiyadan olan killer” saxlanıldı

 

İstanbulda Çeçenistandan olan Maqarbi İsayev saxlanılıb. Türkiyə hüquq-mühafizəçiləri onu "digər çeçenlərin qətlinə” hazırlıqda şübhəli bilirlər.

Oxu.Az "Kommersant”a istinadən xəbər verir ki, polislər İsayevin daha öncə saxlanılmış əslən Çeçenistandan olan Abdulvahid Edilgeriyevin ölümünə aidiyyatları olmaqda şübhəli bilinən Rusiya vətəndaşları Yuri Anisimov və Aleksandr Smirnov ilə əlaqədar olduğunu hesab edirlər. 

Türkiyənin "Milliyet” nəşrinin məlumatına görə, İsayev İstanbula aprelin 11-də gəlib, aprelin 18-də isə o həbs edlib. Axtarış zamanı onda 7,65 mm kalibrli tapança aşkar edilib. 

Rusiyanın İstanbuldakı baş konsulluğunda İsayev haqqında heç bir məlumatın olmadığını bildiriblər. Belə ki, "Türkiyə hakimiyyəti saxlanılan rusiyalı barədə heç bir məlumat təqdim etməyiblər”.

Eyni zamanda İstanbulda olan çeçen diasporunun nümayəndələri İsayevin saxlanılmasını təsdiqləyiblər.  


OXŞAR XƏBƏRLƏR