İstanbulda Rəsulzadə Parkı salınacaq - Mübariz Mənsimovdan daha bir örnək addım

İstanbulda Rəsulzadə Parkı salınacaq - Mübariz Mənsimovdan daha bir örnək addım
"Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin adını Türkiyə paytaxtında əbədiləşdirəcək.

 Mübariz Mənsimov İstanbulda Rəsulzadə parkının salınacağını özünün "Facebook” səhifəsində anons edib.

Mənsimov qeyd edib ki, Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının 100 il öncə bu millətin qəlbində yandırdıqları istiqlal atəşini heç bir güc söndürə bilməz:
"Kapitanların necə fırtınalarla üzləşdiyi kimsəyə maraqlı deyil. Əsas onun gəmini sahilə necə çatdırıb-çatdırmamasına baxılır və qiymət ona görə verilir. Məhəmməd Əmin Rəsulzadə və silahdaşları 100 il öncə bu millətin qəlbində elə bir istiqlal atəşi yandırdılar ki, heç bir güc onu söndürə bilmədi.

Bir kərə yüksələn bayrağın bir daha enməyəcəyini görməyə ömrü yetməsə də, toxumların cücərməsi üçün mübarizəsini son nəfəsini verənə – 6 mart 1955-ci ilə qədər dayandırmadı.

Bu gün başımız üzərində dalğalanan üç rəngli bayraq durduqca, Rəsulzadəni sayğı və sevgi ilə xatırlayacağıq. Könül istərdi ki, Şərqin ilk Cümhuriyyətini quran Kişinin adı Türk Dünyasının hər bir ölkəsini bəzəsin.

Ancaq mən öz növbəmdə "Rəsulzadə” gəmisini istifadəyə verməklə bərabər, İstanbulda Məhəmməd Əmin Rəsulzadə Parkının salınmasına çalışacağam. Ruhun şad olsun, böyük lider!”

Qeyd edək ki, "Palmali” şirkətinin istismara veriləcək son iki gəmisindən birinə Məhəmməd Əmin Rəsulzadənin, digərinə isə mərhum prezident Əbülfəz Elçibəyin adı verilib.Yenicag

OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...