İstanbulda helikopter qəzası: 4 əsgər şəhid oldu
Dünya
21:00 / 11.02.2019
2603
İstanbulda helikopter qəzaya uğrayıb.
Sfera.az yerli mediaya istinadən xəbər verir ki, qəzaya uğrayan helikopter Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsusdur.
Helikopterin düşdüyü əraziyə təcili tibbi yardım briqadaları və xilasetmə qüvvələri cəlb olunub.
İstanbul valisi Ali Yerlikaya açıqlamasında 4 əsgərin şəhid olduğunu bildirib. Helikopterin düşdüyü ərazidə mülki əhalidən ölən və yaralanan olmayıb.