İstanbulda “büdrəyən” AKP-nin yıxılmamaq üçün yapışdığı təkrar sayım – NƏ BAŞ VERƏCƏK?

İstanbulda “büdrəyən” AKP-nin yıxılmamaq üçün yapışdığı təkrar sayım – NƏ BAŞ VERƏCƏK?
  

Türkiyədə keçirilmiş bələdiyyə seçkilərindən 15 gün ötsə də İstanbul Böyükşəhər Bəldiyyəsi sədrinin adı açıqlanmır. "Anadolu” Agentliyi və Mərkəzi Seçki Komissiyası (YSK) bütün ölkə boyu nəticələri elə seçki axşamı elan etsələr də İstanbul şəhəri üzrə nəticələri səhərisi gün açıqladılar. Açıqlanan nəticələrə görə CHP-nin namizədi Əkrəm İmamoğlu AKP-dən olan rəqibi Binali Yıldırımı 20 mindən çox səslə qabaqlayıb. Məğlubiyyətlə barışmayan AKP isə səslərin yenidən sayılmasını barədə YSK qarşısında məsələ qaldırdı.


Əvvəlcə etibarsız bülletenlər, sonra şəhərin ayrı-ayrı yerlərində 57 qutu yenidən sayıldı, Maltəpə rayonunda isə bütün bülletenlərin yenidən sayılması həyata keçirilir. Maltəpədə öncə səslərin sayılmasını rayon seçki komissiyasının 2 heyəti aparırdı, lakin proses çox ləng getdiyi üçün Cümhuriyyət Xalq Partiyasının müraciəti əsasında Türkiyənin ali seçki qurumu – YSK əlavə heyətlər cəlb etməyə icazə verdi. Bu heyətlər prosesə qatıldıqdan sonra səslərin sayılması sürətləndi.

 

Siyasi şərhçi Şahin Cəfərli Sfera.az-a açırlamasında bildirib ki, dünən, yəni aprelin 14-də axşam saatlarında 811 qutunun sayılması yekunlaşmış və cəmi 278 qutu qalmışdı. Sayılma prosesi uzağı bu gün səhər bitəcəkdi və YSK qanuna əsasən bələdiyyə başqanlığı vəsiqəsini CHP və Millət İttifaqının namizədi Əkrəm İmamoğluna verməli idi. Lakin dünən gecə Maltəpədə proses dayandı. Cumhur İttifaqının (AKP və MHP) təmsilçiləri əlavə heyətlərin saydığı qutular üzrə yekun protokolları imzalamaqdan imtina etdilər. Seçki komissiyasının dövlət məmuru olan üzvləri də iqtidar təmsilçiləri ilə bərabər hərəkət etdikləri üçün komissiya səs çoxluğu ilə həmin əlavə heyətlər tərəfindən sayılan qutular üzrə nəticələri ləğv edərək, bu qutulardakı bülletenlərin komissiyanın özünün əvvəlki 2 heyəti tərəfindən yenidən sayılmasına qərar verdi.

 

"Bu qərara əsasən Maltəpədə səslər üçüncü dəfə sayılmalıdır, özü də cəmi 2 heyət tərəfindən. Bu isə, əgər YSK qərarı ləğv etməsə, prosesin daha bir neçə həftə uzanması deməkdir. Şübhəsiz ki, seçkilərin nəticələrinə etirazlar qanunda əksini tapmış bir hüquqdur və seçkilərdə iştirak edən siyasi partiyalar bu hüquqdan sonuna qədər istifadə edə bilər. Bu, onların haqqıdır. Lakin konkret İstanbulda istər 31 mart gecəsi, istərsə də sonrakı günlərdə baş verənlər göstərir ki, prolemi sırf hüquqi müstəvidə dəyərləndirmək və şərh etmək doğru olmaz, məsələ daha çox siyasi mahiyyətlidir. Təsəvvür edin ki, əvvəlcə bütün etibarsız bülletenlər (330 min civarında) yenidən sayıldı, iki namizəd arasında fərq bir qədər azalsa da, yekun nəticə dəyişmədi”.

 

Şahin bəyin szlərin görə sonra İstanbulun ayrı-ayrı yerlərində 57 qutunun torbaları yenidən açıldı və sayıldı. Bu, ona görə edildi ki, əgər həmin qutulardakı nəticələrlə protokollaşdırılmış nəticələr arasında ciddi uyğunsuzluq olsaydı, onda şübhə yaranacaqdı və bu da əsas vercəkdi ki, bütün şəhər üzrə bülletenlər yenidən sayılsın: "Lakin həmin qutularla protokollar arasında çox az fərq oldu, hətta Ə.İmamoğlu lehinə 13 səs yazıldı. Bununla paralel, yarım milyon əhalinin yaşadığı Maltəpədə səslərin hamısının yenidən sayılması məsələsi qaldırıldı və YSK bunu da qəbul etdi. Burada isə bülletenlərin əksəriyyəti sayıldıqdan sonra Binəli Yıldırım lehinə 200 civarında səs yazıldı və nəticənin dəyişməyəcəyi aydın idi. Amma səslərin yenidən sayılmasını tələb edən tərəf bu dəfə prosesin dayandırılmasını istədi. Bu addımlarda xoş niyyət görünmür. Aydındır ki, İstanbulu itirməklə barışmaq və bu itkini həzm etmək iqtidar üçün asan deyil. İstanbulun Türkiyə üçün önəmindən uzun-uzadı danışmağa ehtiyac yoxdur, bunu hər kəs az-çox bilir. Qısaca onu qeyd edək ki, 16 milyonluq bu meqapolis Türkiyə iqtisadiyyatının lokomotivi, qan damarıdır. Ölkə üzrə Ümumi Daxili Məhsulun təxminən üçdə birini təkbaşına İstanbul verir, Türkiyənin ixracatının yarısı bu şəhərin payına düşür. İstanbul həm sənaye, həm də hər il milyonlarla qonağı qəbul edən nəhəng turizm mərkəzidir. Bir sözlə, Türkiyə dövlətini İstanbulsuz təsəvvür etmək mümkün deyil. İstanbulun hazırkı prezident Rəcəb Tayyib Ərdoğan üçün özəl yeri var, onun siyasi yüksəlişində tramplin rolunu oynamış, "mənim eşqim” dediyi strateji əhəmiyyətli məntəqədir. Ərdoğanın "İstanbulu alan Türkiyəni alar”, "İstanbulda büdrəsək, Türkiyədə yıxılarıq” sözləri də məşhurdur. Digər tərəfdən, İstanbul həm də iqtidar partiyası və onun tərəfdarı olan müxtəlif mənfəət qruplarının, dini icma və təriqətlərin, media orqanlarının "qidalandığı” əsas mənbədir. Obrazlı ifadə etsək, dəyirmanın suyu əsasən buradan gəlir.

 

Belə bir həyati əhəmiyyətli yerin əldən çıxmasının iqtidar üçün, qazanılmasının isə müxalifət üçün mümkün siyasi nəticələrini təsəvvür etmək çətin deyil. Ona görə də, Cumhur İttifaqının hazırkı taktikası ondan ibarətdir ki, əvvəlcə nəticələrin rəsmiləşməsi mümkün qədər ləngidilsin və Ə.İmamoğluna bələdiyyə başqanı vəsiqəsi verilməsin, sonra isə ümumən şəhər üzrə nəticələrin ləğvi və yeni seçkilərin təyin edilməsinə nail olunsun".

 

 

Qeyd edək ki, YSK CHP-nin etirazına hələ cavab verməyib.

Rəşad


OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...