İstanbulda bina çökdü
11:20 / 31.01.2017
900
İstanbulun Beyoğlu rayonunda 3 mərtəbəli bina çöküb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə nəricəsində binanın yanından keçən iki nəfər yüngül xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar.
Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
Məlumata görə, bir neçə insan çökən binanın altında qalmaqdan son anda canını qurtarıb.
Bina boş olub.