İstanbul bələdiyyəsinin sədri vəzifəsindən istefa verdi

İstanbul bələdiyyəsinin sədri vəzifəsindən istefa verdi
 İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş vəzifəsindən istefa verib.
Sfera.az Report-a istinadən xəbər verir ki, o, qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

K.Topbaş bununla belə Ədalət və İnkişaf Partiyasında (AKP) fəaliyyətini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, K.Topbaş 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi.

OXŞAR XƏBƏRLƏR