İşsiz qalan Kərəm Həsənov çıxış yolunu bunda gördü - İDDİA

İşsiz qalan Kərəm Həsənov çıxış yolunu bunda gördü - İDDİA
Məlum olduğu kimi, bu il oktyabrın 10-da ölkə başçısının fərmanı ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) İqtisadiyyat Nazirliyinə birləşdirilib. Bununla da adıçəkilən komitə rəhbəri Kərəm Həsənov komitə sədri kimi vəzifəsini itirib. O, 2009-cu ildən bu vəzifəni yerinə yetirirdi. Bəzi iddialara görə, Həsənov İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək bu alt-qurumda işinə davam edəcəkdi. 

Qaynarinfo-ya daxil olan məlumata görə, ƏMDK-nin sabiq sədrinə belə bir təklif gəlməyib. Beləliklə, o, hazırda işsizdir. ƏMDK-nin birləşdirilməsi ilə bağlı təhvil-təslim işlərinin yekunlaşdığı və K.Həsənovun istirahətə çəkildiyi, bu məqsədlə hətta xarici ölkələrdən birinə yollandığı deyilir. 

O da bildirilir ki, keçmiş komitə rəhbəri gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmək fikrindədir. Həsənovun böyük ehtimalla 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədliyini irəli sürəcəyi bildirilir. 

Hazırda sözügedən dairədən deputat onun qardaşı Malik Həsənovdur. M.Həsənovun gələnilki parlament seçkisində namizədliyini irəli sürməyəcəyi və qardaşının Milli Məclis üzvlüyü uğrunda yarışa qoşulacağı iddia olunur. 

K.Həsənovun siyasi razılıq alacağı təqdirdə Bakının Suraxanı rayonu 30 saylı birinci, yaxud 31 saylı ikinci seçki dairələrinin birindən də namizədliyini irəli sürə biləcəyini deyən qaynaqlar bunu həmin rayona Əziz Əzizovun rəhbərlik etməsi ilə əlaqələndirirlər. Məsələ burasındadır ki, 2016-2018-ci illərdə Cəlilabad rayonunun icra başçısı postunda çalışmış, sonradan öncə ilyarım paytaxtın Yasamal (2018-2019), ardınca isə bu ayın 12-də Suraxanı rayonuna icra başçısı təyin edilən Ə.Əzizov mətbuatda məhz sabiq komitə sədrinin kadrı kimi təqdim olunur. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...

Bakıda məktəbdə yanğın oldu, 3 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52 radələrində Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə ...

Azərbaycan əhalisi pulu ən çox nəyə xərcləyir? - RƏQƏMLƏR

2023-cü ildə Azərbaycan əhalisinin aylıq adambaşına xərcləri 348 manata yüksəlib.  Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəhər yerlərin...

45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA

“Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur”.   Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəi...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI

Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası başlayıb...