İşsiz gənclərə MÜJDƏ: Prezidentdən GÖSTƏRİŞ

İşsiz gənclərə MÜJDƏ: Prezidentdən GÖSTƏRİŞ
Azərbaycanda işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənlər həvəsləndiriləcək.

Sfera.az apa-ya istinadən məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin martın 7-də imzaladığı "Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanına əsasən yaradılmış "Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsində əksini tapıb.

"Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında yaradılıb. Ancaq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Nizamnaməyə əsasən işəgötürənləri həvəsləndirmək vəzifəsi olmayıb. Yeni yaradılmış Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsində isə qeyd edilib ki, gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənlə bağlanmış razılaşma müqaviləsinə uyğun olaraq, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqı 1 ildən çox olmayan müddət ərzində Fondun vəsaiti hesabına qismən maliyyələşdiriləcək.

Eyni zamanda gənclərin təqdim etdikləri innovativ layihələrin (startap) maliyyələşdirilməsi üçün Fondun vəsaiti (qrantlar istisna olmaqla) hesabına Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər ayrılacaq. Fondun vəsaiti hesabına güzəştli kreditin alınması ilə bağlı müvəkkil kredit təşkilatlarının müraciətlərinə baxılacaq və keçiriləcək ekspertizanın rəyindən asılı olaraq, həmin müraciətlərin təmin olunması və ya imtina edilməsi barədə müvafiq qərarlar qəbul ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...