İsrail və Ərəb ölkələrinin ilginc Türkiyə planı

İsrail və Ərəb ölkələrinin ilginc Türkiyə planı

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir, Suriya ilə əlaqələri bərpa etmək, İraq və Əfqanıstanda ümumi siyasətlərini dəyişməklə bölgədə İran və Türkiyənin təsirini azaltmaq üçün İsrail rejimi ilə birgə plan üzərində işləyir. Bu barədə "Middleeasteye" saytı məlumat yayıb.    Məlumata görə, İsrail kəşfiyyat orqanı Mossadın rəhbəri Yossi Cohen, keçən ay Fars körfəzində baş verən üç Ərəb ölkəsinin nümayəndələri ilə gizli görüşdə iştirak edib. Görüşdə bir sıra İsrail rəsmiləri də olub.   Plana görə, Suriya tez bir zamanda Ərəb Birliyinə qəbul edilməli, ABŞ Suriya və Əfqanıstandan çıxarılmalıdır. Prosesin sürətləndirilməsi üçün Suriya kürdləri Türkiyənin hücumlarından müdafiə olunacaq.  

 

İranın Suriyadakı hərbi məsləhətçiləri, Bəşər Əsəd hökumətinə ölkənin əksər bölgələrini terrorçulardan təmizləməyə kömək edib. İsrail son bir neçə ay ərzində Suriya hərbi bazalarına hücum etmək üçün bəhanə olaraq İranın məsləhətçilərinin sərhədləri yaxınlığında olmasını əsas gətirib.  

Səudiyyə Ərəbistanı Suriya münaqişəsinin davam etdirilməsinin əleyhinədir. Ər-Riyad bunun rəsmi Tehranın daha da böyüməsinə köməkçi olacağını düşünür.   İrana qarşı birgə antipatiya Səudiyyə Ərəbistanı və onun regional müttəfiqləri - BƏƏ, Misir, Bəhreyn və başqalarını keçmişdə İsrail ilə gizli əlaqələr qurmağa yönəldib. Digər tərəfdən, Türkiyə Suriyanın şimalında kürdləri özlərinə təhlükə görərək hücumlara başlayıb. Ankaranın Suriya münaqişəsindəki rolunun, ABŞ qüvvələrinin Suriyanı tərk etməsindən sonra genişlənəcəyi gözlənilir.   Səudiyyə Ərəbistanı və İsrailin ölümcül Suriya münaqişəsinin başlanğıcında Suriyadakı terrorçu qrupları açıq şəkildə dəstəkləyirdi. O vaxtlar Riyad və Tel-Əviv rejimi terrorçuları Bəşər Əsədlə döyüşən üsyançılar adlandırır. Ancaq bu gün Əsədin terrorçulara qarşı qələbə qazanmasından sonra bu bəhanə daha pis görsənir. Bu məsələləri həll etmək üçün dörd yolla gizli iclasda iştirak edən vəzifəli şəxslər dörd tədbirin həyata keçirilməsinə razılıq veriblər.  

 

İlk olaraq Əfqanıstanda ABŞ əsgərlərinin sayının azaldılması vədinə əməl etməyi qərara aldılar. Görüşdən bir həftə sonra Amerika rəsmiləri Əbu-Dabidə Taliban nümayəndələri ilə danışıqlar aparırdı. ABŞ-ın 17 illik işğalından sonra Əfqanıstana sabitlik gətirmək üçün İran, Əfqanıstan hökuməti ilə koordinasiyalı şəkildə Talibanla sülh danışıqlarını aparır.  

 

Toplantıda razılaşdırılmış ikinci tədbir, İraqdakı sünni millət vəkillərinin ən böyük parlament blokunda Türkiyənin təsirini minimuma endirməklə İraqda "Sünni kart"nın idarə edilməsi olub. Buna nail olmaq üçün Səudiyyə rəsmiləri dekabr ayında İraq parlamentinin sədri Məhəmməd Halbusini rəsmi səfərə dəvət edib. Məhəmməd Halbusi ilk rəsmi səfərini krallığa edib. Səfər zamanı Türkiyənin İraqdakı sünnilər üzərindəki təsirinin azaldılması müzakirə olunub.   Toplantıda, həmçinin İraq Kürd Rəhbərliyi ilə əlaqələri gücləndirmək və Ankara ilə hər hansı bir razılaşmanın qarşısını almaqda razılaşdırılıb.  

 

Üçüncü tədbir, üç ərəb dövləti ilə Əsəd hökuməti arasındakı diplomatik əlaqələri bərpa etmək üçün diplomatik təşəbbüs yaradılmasıdır. Daha sonra BƏƏ və Bəhreyn Suriyadakı diplomatik nümayəndəliklərini yenidən açmağı qərara aldılar. Sudan prezidenti Ömər əl-Bəşir uzun illərdən sonra Dəməşqdə Bəşər Əsədlə görüşən ilk prezident oldu.

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...