\"İsrail və ABŞ Türkiyədə hərbi çevriliş hazırlayır – Amerikalı kəşfiyyatçıdan sensasiyalı iddia

\
ABŞ-ın "Veteran Today” saytın İsrailin Türkiyədə sui-qəsdlərə başlayacağı və prezident Ərdoğanın hədəfdə olması ilə bağlı yazı dərc edib.

Sfera.az xəbər verir ki, saytın redaktoru sabiq dəniz piyadası və kəşfiyyat üzrə ekspert Qordon Daf tərəfindən yazılan yazıda deyilir:

"Amerika Ərdoğanı öldürmədən İrana hücum edə biləcəyinə inanmır. Putin isə Ərdoğan yanında olmadan Əsədi dəstəkləməyəcək və İrana silah satmayacaq”.

Məqalədə prezident Ərdoğanın Qəzza etirazlarında ölən şəxslərlə bağlı İsrail səfir və konsulunu gözlənilməz şəkildə ölkədən çıxarması qeyd olunub.

Daf Türkiyə ordusundakı mənbələrinə istinadən Ərdoğanı devirmək üçün ABŞ və İsrail tərəfindən hərbi çevriliş planlaşdırıldığını iddia edib. 

"Hərbi çevriliş Ərdoğanın öldürülməsi ilə başlayacaq” – məqalədə belə deyilir.

Rəsul

Sfera.az


OXŞAR XƏBƏRLƏR