İsrail Suriyada xəstəxananı atəşə tutdu
08:24 / 12.02.2019
1510
İsrail ordusu Suriyanın Kuneytra əyalətindəki obyektlərə zərbə endirib.
Tanklar dağılmış şəhər xəstəxanasını və müşahidə məntəqəsini atəşə tutub.
Binalara ziyan dəysə də, ölən və yaralananlar barədə məlumat yoxdur.
İsrail ordusu həmçinin dağıntıların olduğu Tel Ad-Dariya rayonunu atəşə tutub.
Report.az