Dünya

İsrail mətbuatından Adnan Oktarın həbsinə reaksiya

İsrail mətbuatından Adnan Oktarın həbsinə reaksiya
Adnan Hoca kimi tanınan dini icma lideri Adnan Oktarın və 235 müridinin polis tərəfindən saxlanılması İsrail mətbuatında da öz əksini tapıb.

Sfera.az xəbər verir ki, "The Jewish Press” qəzeti Adnan Oktarın həbsi xəbərini "İsrail dostu müsəlman lider həbs olundu” başlığı ilə verib. 

İsrailin ən çox oxunan qəzetlərindən biri olan "The Jerusalem Post” "Adnan Oktar və İsrail dostluğu başa çatdımı?” başlığı ilə Adnan Oktar ilə İsrail arasındakı dostluq münasibətlərinə diqqət yetirib. 

"Haaretz” qəzeti isə xəbəri ""Kedicik” hərəmxanası quran türk islan camaat lideri həbs olundu” manşeti ilə təqdim edib.

"The Time Of Israel” isə "Antisemitizm keçmişi olan Oktar həbs olundu” xəbəri verib. Qəzet Adnan Oktarın sonralar antisemitizmdən imtina etdiyi və İsrail ilə yaxşı münasibətlər qurduğunu yazıb.
 
Rəsul
Sfera.az

XƏBƏR LENTİ