İsrail “erməni soyqırımı”nı parlamentin gündəmindən çıxardı

İsrail “erməni soyqırımı”nı parlamentin gündəmindən çıxardı
İsrail parlamenti Knesset bu gün səsə qoyulması planlaşdırılan 1915-ci il hadisələrinin "erməni soyqırımı” kimi tanınması qanun layihəsini parlamentin gündəmindən çıxarıb.

Sfera.az xəbər verir ki, Knesset sədri Yuli Edelşteyn qanun layihəsinə dəstək verən şəxslərdən olsa da, səsvermədə lazım olan səs çoxluğunun bəlli olmaması üzündən səsvermədən imtina edib.

Keçən həftə 120 deputatdan sadəcə 16-nın iştirak etdiyi səsvermədə Meretz partiyası tərəfindən təqdim olunan layihə gündəmə daxil edilmişdi.

Qeyd edək ki, layihə "Osmanlı dövlətinin 1,5 milyon ermənini öldürdüyü soyqırımı” tanımağa çağırırdı.

Layihənin gündəmdən çıxarılmasına Meretz partiyasının lideri Tamar Zanderq "Edelşteyn siyasəti əxlaqa tərcih etdi” şərhi verib.

"Jerusalem Post” qəzeti səsvermənin həm Türkiyə, həm də Azərbaycanın qəzəbinə səbəb olacağını yazıb:

"İsrail ilə Türkiyə arasında gərginlik Türkiyənin bu ayın əvvəli zorakılıq yolu ilə Qəzzadan İsrailə keçməyə çalışan "Həmas”a dəstək verməsi ilə yenidən artdı. Ancaq İsrailin Azərbaycanla yaxşı münasibətləri var. Azərbaycanın İrana qonşu olması bu ölkəni İsrail üçün strateji müttəfiq halına gətirir”.
 
Rəsul
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Alen Simonyan: "Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur"

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur.   Sfera.az “Sputnik-Armenia&rd...

Azərbaycanda üçotaqlı evlər daha çoxdur – STATİSTİKA

2023-cü ilin məlumatına əsasən, Azərbaycanda mövcud olan evlərin bir sakinə düşən ümumi sahəsi 19,5 kvadrat metr, yaşayış sahəsi isə 14 kvadrat metr olub. ...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.   Sfera....

"TikTok"a məhdudiyyət qoyulmalıdırmı? - Azərbaycanda SORĞU

Sosisal Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən növbəti sorğularda "TikTok" media platformasına məhdudiyyətlərin tətbiqi barədə ictimai mövqe ö...

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ - 2

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ilə vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, Təzəpir məsci...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...