İspaniya və Meksika mətbuatı Hərbi Qənimətlər Parkından YAZDI
11:50 / 14.04.2021
962
İspaniya mediası Hərbi Qənimətlər Parkının açılışını işıqlandırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etməsi və təltif olunmuş hərbçilər qarşısındakı çıxışı Avropa Azad Mətbuat Mərkəzi - HorraPress tərəfindən işıqlandırılıb.
İspaniya KİV-i diqqətə çatdırıb ki, açılış zamanı parkda nümayiş olunan hərbi texnika barədə Prezident İlham Əliyevə məlumat verilib. Yazıda Prezident İlham Əliyevin təltif olunmuş hərbçilər qarşısındakı çıxışı haqqında da qeyd olunub.
Parkın 14 aprel tarixindən etibarən ziyarətçilərin istifadəsinə veriləcəyi nəzərə çatdırılıb.
Məqalənin sonunda isə "Hərbi Qənimətlər Parkı Azərbaycanın Ermənistan üzərində həm hərbi, həm də psixoloji üstünlüyünün təcəssümüdür", - deyə vurğulanıb.
Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür: