İsmayıllıdan ölkə rəhbərliyinə müraciət-Mirdamət Sadıqov rayonu idarə edə bilmir?

İsmayıllıdan ölkə rəhbərliyinə müraciət-Mirdamət Sadıqov rayonu idarə edə bilmir?
İsmayıllı Kənd Təsərrüfatı İdarəsinin rəis əvəzi Həsən Həsənovla bağlı xeyli şikayətlər olsa da, hansısa səbəblərdən onun haqqında ciddi ölçü götürülmür.
 
Bu barədə Tərəfdar.az-a rayonda mötəbər vəzifədə təmsil olunan şəxslərdən biri bildirib. Onun sözlərinə görə, rəis əvəzi rayonda "at oynadır”: "Onun icra başçısı Mirdaməd Sadıqov və kənd təsərrüfatı naziri Heydər Əsədov tərəfindən himayə olunmasə ilə bağlı söhbətlər var. Bildirilir ki, başçı H.Həsənov vasitəsilə rayonda qara əməllərini həyata keçirir, bu səbəbdən də ona dəyib-toxunan yoxdur. Rayonda elə bir neqativ hadisə yoxdur ki, onun arxasından bu adamın adı çıxmasın. Həsən Həsənovu himayə edənlərin sırası bununla bitmir. 
 
Mənbə bildirir ki, rayonda vəzifədə çalışan bir neçə şəxs, hansı ki, dövlətin və qanunların tərəfindədirlər, həmin şəxsə səslənirlər və ümid edirlər ki, həmin vəzifəli yoldaş bu yazıdan sonra himayə etdiyi adamların kimliyi, onların əməlləri haqda məlumatlanacaq, bu şəxslərin yerinə oturdulması üçün addımlar atacaq: "Əks halda, İsmayıllıda daha bir xaos yarana bilər. Bildiyiniz kimi, bu rayon həssas bölgədir, bir balaca qığılcım kifayətdir ki, insanlar yenə ayağa qalxsınlar. H.Həsənovun hər yetəni məhkəməyə verib cərimələtməsi, hamını məhkəmə ilə hədələməsi, rayonda istədiyini etməsi insanları boğaza yığıb.”
 
Mənbəmiz rayonun icra başçısı haqda da bəzi məsələləri açıqlayıb. Iddia edir ki, M.Sadıqov məlum hadisələrdən sonra rayon rəhbərliyinə gətirilməsini özünə olan böyük etimad kimi qəbul edib və bu səbəbdən də özünü toxunulmaz görür: "H.Həsənov kimi onun əməllərinə şərik olan vəzifəli şəxsləri başına toplayıb rayonda xanəgah qurub. İsmayıllı turizm zonasıdır, amma bura sahibkarlar o qədər də maraq göstərmirlər. Maraq göstərənlər də rayon rəhbərliyinin qanunsuzluğu ilə üzləşərək geri çəkilirlər. Fikir versəniz görərsiniz ki, digər turizm potensiallı rayonlara nisbətən burada məşhur brendlərin obyektləri də yoxdur. Halbuki Mirdaməd Sadıqov hər zaman deyir ki, rayonu inkişaf etdirmişəm. Rayonda meşələr qırılıb qurtarıb, amma başçı bunları bildirmir. Bir az da belə davam etsə rayonda turizm potensialı qalmayacaq”.
 
Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...