İsmayıllıda partladıcı aşkar olunub

İsmayıllıda   partladıcı aşkar olunub
İsmayıllıda 2 əl qumbarası və 2 partladıcı aşkar olunub.
 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Sfera.az-a verilən xəbərə görə, martın 23-ü Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə İsmayıllı şəhəri, Babadağ küçəsində 2 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.


Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə dalan 2 ev 1 ünvanına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarası və partladıcının ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 23 mart 2018-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Abşeron, Beyləqan, Füzuli, Tərtər, Qazax, Naftalan, Goranboy, Yevlax, Xızı, Şəmkir, İsmayıllı, Lənkəran rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 1 fərdi yaşayış evinin qarşısına, 1 ferma ərazisinə, 5 otlaq sahəsinə, su kanalına, kənd qəbirstanlığının yaxınlığına, məişət tullantıları ərazisinə, yol kənarına, RPŞ-nin inzibati ərazisinə, hərbi hissənin yaxınlığına, Yuxarı Qarabağ kanalına, beton zavod və bazar ərazisinə baxış keçirilib, 2 394 ədəd partlamamış hərbi sursat, 2 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 28 845 kv.m ərazi yoxlanılıb.
 

OXŞAR XƏBƏRLƏR

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldaniz A...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...

İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.   Sfera.az xəbər v...

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib. Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki...

Prezident: "Azərbaycan Qırğızıstanla bütün istiqamətlərdə əlaqələri davam etdirmək əzmindədir"

Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir.   Sfera.az xəbər verir ki, bu fikirləri Azərbayc...