Hadİsə

İsmayıllıda iki azyaşlını it dişləyib

İsmayıllıda iki azyaşlını it dişləyib
ONA-nın yerli bürosunun xəbərinə görə, rayonun Xanagah kəndində yaşayan 2014-cü il təvəllüdlü Ələkbərov Əli Rafael oğlu qonşunun itinin hücumuna məruz qalıb. İt uşağın çanaq nahiyyəsini, əl və ayağını dişləyib. Azyaşlı xəstəxanaya çatdırılıb, əməliyyat olunub. 
 
 
Rayonun Xankəndi kəndində yaşayan 2015-ci il təvəllüdlü Adıgözəlova Aylin Murad qızı isə həyətdə oynayarkən sahibsiz küçə itinin hücumuna məruz qalıb. Uşaq qol və baş nahiyyəsindən xəsarət alıb. 
 
Hər iki uşaq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031