İsmayıllıda avtobus gənc qızı vuraraq öldürdü - VİDEO
10:52 / 16.02.2019
4322
İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib.
"Qafqazinfo" xəbər verir ki, bu saatlarda İsmayıllının mərkəzində şəhər daxili işləyən avtobus piyadanı vurub. Gənc qadın hadisə yerində ölüb. Qəzada ölən 1994-cü il təvəllüdlü İsmayıllı şəhər sakini, Bağıyeva Nərgiz Asif qızıdır. Gənc qızın İsmayıllı rayon mərkəzi xəstəxanasında işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.