İslamiada: Sərhədçilər Azərbaycana 3 qızıl qazandırdı

İslamiada: Sərhədçilər Azərbaycana 3 qızıl qazandırdı

Sərhədçi idmançılar IV İslam Həmrəyliyi Oyunlarına da qələbələrlə başyıb.

Dövlət Sərhəd Xidmətindən Sfera.az-a verilən məlumata görə, Azərbaycan yığma komandasının tərkibində oyunlara qatılan "Sərhədçi” idman klubunun üzvləri artıq 3 qızıl medal qazanıb.

Mayın 13-də cüdo yarışlarında 66 kiloqramda çıxış edən baş leytenant Nicat Şıxəlizadə Əlcəzair idmançısı Houd Zourdani üzərində təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Karate yarışlarında 61 kiloqramda mübarizə aparan leytenant Fəridə Abıyeva finalda İran idmançısı Rozita Əlipurkaşkalesadiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 70 kiloqramda yarışan paracüdoçu gizir Ramilə Kaştayeva digər idmançımız Turanə Ağayeva üzərində qələbə qazanaraq Azərbaycan yığmasına növbəti qızıl medalı qazandırıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR