İslamiada: İdmançılarımızın qazandığı pullar - 25 milyon 650 min azn

İslamiada: İdmançılarımızın qazandığı pullar - 25 milyon 650 min azn
Azərbaycan İslamiadada 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanıb.
 
Sfera.az xəbər verir ki, idmançılarımız bu nəticə ilə yarışlara ilk pillədə yekun vurub. Qazanan medallara görə dövlət büdcəsindən nə qədər vəsait çıxdığı maraq mövzusudur. 
 
Qeyd edək ki, qızıl medala görə hər idmançıya 150 min AZN, məşqçisinə isə 75 min AZN mükafat verilir. Nəticədə, bir qızıl medal 225 min AZN-ə başa gəlir. Beləliklə, 75 qızıla görə mükafat fondundan 16 milyon 875 min AZN ayrılacaq.

Yarışlarda qazanılan gümüş medalın mükafat dəyəri isə nə az, nə çox 120 min AZN-dir. Ölkəmizə 50 gümüş qazandıran idmançılara və məşqçilərə ümumilikdə 6 milyon manat ödəniləcək. 
 
Bürünc medala görə idmançı və məşqçisinə birlikdə 75 min AZN verilir. Bürünc medallara görə, mükafat fondundan 2 milyon 775 min AZN idmançılara və məşqçilərə ödəniş olunacaq. 
 
Ümumilikdə, idmançılara və məşqçilərə qazanılan medallara görə mükafat fondundan 25 milyon 650 min AZN vəsait ayrılacaq. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR