“İslamda kişilik varsa, çıxıb özü bunun səbəbini desin

“İslamda kişilik varsa, çıxıb özü bunun səbəbini desin" - Oksana

 "Maşın" şouda dostluqları bitən aktyor İslam Mehrəliyev və rəqqasə Oksana Rəsulova arasında açıq müharibə davam edir.

azxeber.com-a açıqlama verən Oksana İslamı yalan danışmaqda ittiham edib.

"İslama qarşı nə mənfi münasibətim var idisə onu 5 qat artırdım. İslamın əsl üzünü "Maşın şou"da biz 4 nəfər qalanda mənə qarşı çıxanda gördüm. Halbuki o mənim "dostum" idi. İslam kimi dostun olmaması olmağından min dəfə yaxşıdır. Əslində İslamdan biz inciməliyik. İslamda kişilik deyilən şey varsa incilikliyimin səbəbini qoy özü açıqlasın."

 

Oksana İslama qarşı jest etdiyini də dilə gətirib.

"O şoudan sonra mənə heç nə vermədi və verməyi də lazım deyil. Mənə o maşın lazım olsaydı ayağım qırılana kimi durardım. İslam həmin ərəfədə ikinci dəfə ata oldu. Biz də ona güzəşt etdik. İslamın çörəyi dizi üstündədir. Artıq mən elə insanı tanımıram."

Qeyd edək ki, İslam Mehrəliyev son açıqlamasında "Maşın şou"da Oksanaya istədiyi pulu versəydim, onun dostu olardım", - deyib.

DİGƏR XƏBƏRLƏR