“İslamçılar Babəkin dinlə mübarizə apardığını düşünür, amma...” – Yenə Babək, yenə fərqli mövqelər

“İslamçılar Babəkin dinlə mübarizə apardığını düşünür, amma...” – Yenə Babək, yenə fərqli mövqelər

"Babək milli-azadlıq hərəkatının rəhbəri kimi təqdir və təbliğ olunmalıdır.Amma o, İslam dininə qarşı çıxmayıb.Bunun əksini iddia etmək yanlış düşüncədir”.


Sfera.az-a açıqlamasında bu sözləri IX əsrdə ərəblərə qarşı mübarizə aparan Babək Xürrəmi haqqında Milli Məclisin deputatı FazilMustafa ilə bəzi jurnalistlər arasında gedən polemikalara, bu barədə mövcud olan ciddi fikir ayrılıqlarına münasibət bildirərkən Milli Məclisin deputatı, tarixçi alim Anar İsgəndərov deyib:



"Azərbaycan tarixində uzun müddət Xürrəmilər hərakatı obyektiv tədqiq olunmayıb. Sovet dönəmində həm qəhrəmana, həm də İslam dininə qarşı düşmən olan bir insana ehtiyac vardı. Ona görə dəsovet dönəmində həmin dövrün ideologiyasına uyğun olaraq, Babək həm azadlıq hərəkatının rəhbəri, həm də İslam dininə qarşı mübarizə aparan insan kimi xarakterizə olunub. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra isə Babəkə olan münasibət dualizmə çevrildi. Babək milli-azadlıq hərəkatının rəhbəri kimi təqdir və təbliğ olunmalıdır.Amma bu gün onu təqdir edə bilmərik ki, Babək İslam dininə qarşı mübarizə aparıb. Bu yanlış düşüncədir”.


Tarixçi alim qeyd etdi ki, Babəkin mübarizəsində əslində İslam dininə qarşı düşmənçilik olmayıb: "Son dövrün tədqiqatları, o cümlədən rəhbərlik etdiyim Teymur Bayramlının bu problemlə bağlı 3 monoqrafiyasında elmi əsaslarla mənbələrə əsaslanaraq sübut edib ki, Babəkin mübarizəsində İslam dininə qarşı düşmənçilik olmayıb və o,dinimizə qarşı mübarizə aparmayıb”.



"Babək milli-azadlıq hərəkatı uğrunda mübarizə aparıb.Onunla bağlı hər hansı mənfi və ya müsbət əlamətlər axtarmağın tərəfdarı deyiləm”

 

Bunu isə sayta açıqlamasında ixtisasca tarixçi olan təhsil eksperti Kamran Əsədovdedi: "Təəssüf ki, Azərbaycanda tarixə tarixçi mövqeyindən deyil, vətənpərvər mövqeyindən yanaşırlar. Əslində hər iki tərəf haqlıdır. Hansısa keçmiş bir dövrə görə hansısa bir şəxsiyyətin fəaliyyətini indi günahlandırmaq, yaxud da onu qəhrəman elan etmək düzgün deyil”.

 

Həmsöhbətimizin fikrincə, Azərbaycan vətəndaşları bu kimi məsələlərə yanaşanda təəssüf ki, kimisə düşmən çıxarmaqda maraqlı olublar: "Babəkə yanaşmada iki meyl var. İslamçılar onun dinlə mübarizə apardığını düşünür. İkinci hissə isə Babəkin yadelli işğalçılara qarşı mübarizə apardığını deyir. Digər qisim isə onu dövlət başçısı kimi qəbul edir. Ərəb və fars mənbələrində Babəkin yaratdığı ərazinin ayrıca bir dövlət olduğu ilə bağlı qeydlər də vardır. Bizim yanaşmalarımızda isəBabək ərəb işğalına qarşı mübarizə aparan milli-azadlıq hərəkatının lideri kimi qiymətləndirilir. Amma Babək hərəkatını o qədər böyütmüşük ki, bəzəntarix kitablarında ona 8-10 paraqraf ayırırıq”.

 

K. Əsədov təəssüflə qeyd etdi ki, tarixə tarix kimi və faktlarla yanaşanları düşmən elan edirik: "Tarix faktdır, ona münasibət bildirmək isə nə Babəki kiçildəcək, nə də onu qaldıracaq. Babək babəkliyində qalır. Onu genişləndirməyə ehtiyac yoxdur. Yadellilərə qarşı mübarizəni qiymətləndirməliyik. Cavad xan da XIX əsrin əvvəlində rus işğalına qarşı vuruşub. Babəkə də Vətənin azadlığı uğrunda mübarizə aparan biri kimi baxmalıyıq. Burada hər hansı bir mənfi və müsbət əlamətlər axtarmağın tərəfdarı deyiləm”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...

Milli Məclisin iclası başlayıb - GÜNDƏLİK

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib. ...

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...