İslam ölkəsində İLK: halal gecə klubu açıldı

İslam ölkəsində İLK: halal gecə klubu açıldı

Səudiyyə Ərəbistanında "halal gecə klubu” fəaliyyət başlayıb.

Publika.az xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.

Bildirilir ki, Ciddə şəhərində açılan kluba 18 yaşdan aşağı şəxslərin girişi qadağandır. Həmçinin, spirtli içki qəbul etmək və mobil telefonla görüntü çəkmək olmaz.

"Halal gecə klubu” sosial mediada müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Əyləncə Qurumu adlı tvitter hesabından açıqlama gəlib. Qeyd olunub ki, klub Ciddə Festivalı çərçivəsində icazəsiz şəkildə açılıb. Onun ləğv edilməsi üçün lazımi hüquqi prosedurlar başladılacaq. Qurum bildirib ki, başqa bir əyləncənin təşkil olunmasına icazə verilib, lakin bu icazə başqa məqsədlərlə istifadə olunub. Sözügedən "halal gecə”nin mərkəzi Dubayda yerləşən "White Dubai” adlı klub tərəfindən təşkil olunduğu deyilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman İctimai Sərmayə Fondunun 24 oktyabr 2017-ci ildə paytaxt Ər-Riyadda təşkil etdiyi və 60 ölkədən 2500 nəfərin qatıldığı Gələcəlk Sərmayə Təşəbbüsləri toplantısında ölkəsinin "Yumşaq İslam” siyasətinə keçıcıyini söz vermişdi. Bu çərçivədə ölkədə kino zalları açılmış, opera və caz festivalları keçirilmişdi.


OXŞAR XƏBƏRLƏR

Tıxaclara qarşı necə mübarizə aparmalıyıq? – Ekspertdən TƏKLİF

Tıxaclar Bakıda uzun müddətdir davam edən problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün yeni yol qovşaqları, tunellər, körpülər tikilir və yollar...

"Bu hədəf üçün qarşıdakı həftələrdə yeni layihələrimiz olacaq" - Eşqi Bağırov

"4 mindən çox ümumi təhsil müəssisələri fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agent...

Bakıda bu yol 3 gün bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) hərəkət məhdudlaşdırılacaq.   Sfera.az xəb...

Bu ölkədə 16 yaşında cinsiyyət dəyişdirmək mümkün olacaq 

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi 16-ya endirilib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. &n...

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracı bu il yenidən artır. Ötən il aqrar malların ixrac dəyəri azalmışdı. Amma bu ilin birinci rübünün nəticələri göst...

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BRİFİNQ KEÇİRİR - FOTOLAR

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) brifinqi keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağıro...