İslam donuz ətini ona görə haram buyurub ki… VİDEO

İslam donuz ətini ona görə haram buyurub ki… VİDEO

Qurani-Kərimdə donuz ətinin haram olması ilə əlaqədar bu ayələr vardır: "O (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqası adına kəsilən heyvanın ətini haram etmişdir. Kim naəlac qalarsa, həddi aşmadan bunlardan yeməsində günah yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!”[1] "Maidə” surəsinin üçüncü ayəsində də donuz ətinin haram olması xəbər verilir. Altmışıncı ayəsində isə belə buyurulur: "De: "Allah yanında cəza etibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır!”[2] "Ənam” surəsi 145-ci ayədə və "Nəhl” surəsi 115-ci ayədə Uca Allah haram olan şeylər arsında donuz ətinin də adını çəkmişdir.

Donuz ətinin zərərləri

Haqqında nəcisul-ayn (tam murdar) hökmü olan bir heyvana "faydalıdır” demək, onda fayda  axtarmaq doğru deyildir. Donuz ətinin zərərləri tibbi baxımdan da müəyyən edilmişdir. Numan İgidər "Sızıntı” jurnalında çıxan məqaləsində yazır: "Ottava Universitetinin tədqiqatçıları donuz ətinin yeyilməsi ilə xroniki xəstəlik olan qaraciyər sirrozu arasında əlaqə olduğunu müəyyən ediblər.

On altı ölkədə donuz əti, iribuynuzlu heyvan əti, yağ və spirtli içki istehlakı ilə bağlı statistik məlumatları araşdıran alim­lər donuz ətinin insanı qaraciyər sirrozuna yoluxdurduğunu müəyyən etmişdir.

Tədqiqatı aparan dr. Amiri Nanji və dr. Samuel Frans müəy­yən etmişdir ki, donuz əti ilə spirtli içki qəbul etdikdə sirroza tutulma təhlükəsi daha da artır. Əksinə iribuynuzlu heyvanların ətində belə fəsadlara rast gəlinməmişdir.

İsveçrə, Norveç və Finlandiya kimi ölkələrdə sirrozdan ölüm halları adambaşına düşən donuz əti istehlakı ilə birbaşa əla­qəlidir. Həmçinin Kanadada da sirrozdan ölüm halları spirtli içki ilə yox, məhz donuz ətinin istehlakı ilə əlaqədardır.

Tədqiqatçılar donuz ətinin sirroza necə səbəb olmasının, sirrozu necə ağırlaşdırmasının bir sirr olaraq qaldığını deyirlər. Lakin sirrozdan ölüm hallarının yeyilən donuz ətinin miqdarı ilə birbaşa bağlı olması məsələsində həmfikirdirlər.

Donuz ətinin sağlamlığa bir çox zərəri vardır. Bu zərərlər keçmişdə olduğu kimi, görülən tədbirlərə baxmayaraq, bu gün də aktualdır. Hər şeydən əvvəl donuz fermalarda, təmiz yerlərdə saxlanılsa da, öz nəcisini yeyir. Həm nəcisini  yediyinə, həm də bioloji xüsusiyyətlərinə görə, digər heyvanlarla müqayisədə daha çox anticism ifraz edir. Donuz digər heyvanlarla və insanla müqayisədə yüksək dozada böyümə hormonu ifraz edir. Bu yüksək dozalı anticisimlər və böyümə hormonları donuzun or­qa­nizmində dövr edərək əzələ toxumasına keçib orada yığı­lır. Bundan başqa, donuz ətində həddən çox xolesterol və lipid (yağlar) vardır. Elm sübut edir ki, anticisim, hormon, xolestrol və lipidlərlə həddən artıq zəngin olan donuz əti insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Donuz əti (ətindən hazırlanmış məhsullar) ilə qidalananlar həddən artıq böyümə hormonları qəbul etmiş olur ki, bu da əvvəlcə bədəndə artıq çəkinin meydana gəlməsinə, sonra da bədənin deformasiyasına səbəb olur.

Üstəlik, donuz ətində tez-tez rast gəlinən "trişin” paraziti­ də insan sağlamlığı üçün həddən artıq zərərlidir. "Trişin” adlı bu parazit insan bədəninə daxil olandan sonra birbaşa ürək əzələlərində yerləşir. Müasir dövrdə trişin daşıyıcısı olan donuzlar texniki imkanlar vasitəsilə müəyyən edildiyi halda, keçmiş dövrlərdə belə bir şey mümkün deyildi. Buna görə də donuz əti yeyən hər kəsin trişin parazitinə yoluxma və ölümlə üz-üzə qalma təhlükəsi vardı. Göründüyü kimi, bütün bu səbəblər Rəbbimizin donuz ətini qadağan etməsinin bəzi hikmətləridir. Rəbbimizin əmri insanı hər şəraitdə sağlamlığa zərərli olan, ciddi fəsadlar doğuran donuz ətindən çəkindirərək xəstəliklərdən qoruyur.

XX əsrə qədər donuz ətinin insan sağlamlığına zərərlərini müəyyən etmək mümkün deyildi. Zərərləri müasir tibbi cihazlarla, bioloji testlərlə, elmi faktlarla aşkar olunmuş bu heyvanın ətinin  cəmiyyətin mikrob, bakteriya, trişin, hormon, anticisim kimi anlayışlardan xəbərsiz olduğu bir dövrdə − VII əsrdə nazil olan Quranda  qadağan edilməsi onun Allah-Təalanın kəlamı olduğunu göstərən möcüzələrdəndir.

Sfera.az publika-ya istinadən təqdim etdiyi videoda bununla ətraflı tanış ola bilərsiniz.

 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...