Cəmİyyət

İslahatlarla bağlı ictimai rəy öyrənildi

İslahatlarla bağlı ictimai rəy öyrənildi

Sosial Tədiqiqatlar Mərkəzi islahatlarla bağlı ictimai rəyi öyrəndi.

Sfera.az xəbər veriri ki, Sosial Tədqiqiatlar Mərkəzi hökumətin sosial-siyasi islahatlarla bağlı müxtəlif əhali qrupları arasında aparılan sorğuların nəticələrini, ekspert heyətinin rəylərini ictimaiyyətə təqdim edib.

Tədqiqat Bakı-Abşeron və 7 iqtisadi rayon üzrə 25 şəhər, 76 rayon və kənddə aparılıb.
Sorğunun aparılmasında "üz-üzə” müsahibə üsulundan istifadə olunub. Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq olunduğu, müasir sorğu proqramından istifadə edildiyi bildirilib. Həmçinin, respondentlərin seçimi prosesində çoxpilləli klaster seçmə metodundan istifadə edilib.101 klaster üzrə şəhər, rayon mərkəzi və kəndlərdən ümumilikdə 1212 nəfər seçilib. Məlum olub ki, ümumilikdə götürdükdə əhali arasında artımlarla bağlı məlumatlılıq səviyyəsi yüksəkdir. Statistik üsuldan (t-test) istifadə edilərək müəyyən olunub ki, artımların əhatə etdiyi respondentlər bu haqda daha çox məlumatlıdır. Minimum aylıq əmək haqqının artırılaraq 250 manat olması və dövlət büdcəsindən maliyyələşən, bir sıra təşkilatlarda çalışan şəxslərin (dövlət qulluqçuları, hüquq-mühafizə və s.) aylıq vəzifə maaşlarının orta hesabla 40% artırılması barədə qadınlarla müqayisədə kişilər daha çox məlumatlıdırlar. Belə ki, regionlarda yaşayan, yaşlı və təhsil səviyyəsi aşağı olan insanlar artımlarla bağlı məlumatları televiziyadan, Bakı-Abşeronda yaşayan, cavan və təhsil səviyyəsi yüksək olan insanlar isə artımlarla bağlı məlumatları internetdən əldə edirlər. Lakin insanların məşğuliyyəti və artımlarla əhatəliliyindən asılı olmayaraq, ümumilikdə respondentlərin əksəriyyəti dövlət başçısının iyunda imzaladığı sərəncamları dəstəkləyir. Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti (87,3%) bu sosial islahatların həyata keçirilməsini çox vacib hesab edir. Respondentlərin çoxu (62,2%) artımlar nəticəsində "özlərinin və ailələrinin maddi vəziyyətinin yaxşılaşacağ”ını gözləyir. Məlumatda deyilir ki, demək olar, sorğuda iştirak edən hər dörd respondentdən biri artımların korrupsiyanın azalmasına və əhalinin müxtəlif qrup və kateqoriyalarının sosial müdafiəsinin yaxşılaşmasına səbəb olacağını düşünür.

STM ictimai rəy sorğusunun nəticələri ilə bağlı proqnozlarını və təkliflərini bildirib. Eyni zamanda sözügedən nəticələrin yaxın günlərdə ictimaiyyətə geniş təqdimatının həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, prezidentin iyunda imzaladığı sərəncamlarla sentyabrın 1-dən etibarən minimum əməkhaqqı 250 manata çatdırılıb. Oktyabrın 1-dən etibarən minimum pensiyanın 200 manata qədər artırılması nəzərdə tutulub. Eyni zamanda müxtəlif sahələrdə çalışan işçilərin də maaşlarının 20-50 faiz civarında artımı təmin ediləcək. Onların sırasına müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, gömrük işçiləri və digərləri daxildir. Həmçinin hüquq-mühafizə orqanlarında da bir sıra kadr islahatları həyata keçirilib.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031