İslahatlar davam edəcək- Ekspert

İslahatlar davam edəcək- Ekspert
Dövlət başçısının sosial sahədə atdığı addımlar, imzaladığə sərəncamlar cəmiyyət tərəfindən müsbət qarşılanır. İllərdir insanları narahat edən problemlər bir-bir həllini tapır. Start götürən islahatların daha hara qədər davam etməli olduğu barədə müzakirələri gedir. Növbəti addımlardan birinin təqaüd yaşının dəyişdirilməsiylə bağlı gözləntilər var.
 
Sfera.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli aparılan islatları təqdirəlayiq hesab etdiyini bildirib. Onun fikrincə bu cür addımlar davamlı və iqtisadi hesablamalarla aparılmalıdı. 
 
"İslahatlar elə aparılmalıdır ki, bütün problemlər həllini tapsın. Təqaüd yaşının dəyişdirilməsi ilə bağlı elə sistem qurulmalıdır ki, həm dövlət həm də vətəndaş qazanmalıdı. Növbəti addımlar idarəetmə sahəsində olmalıdı. Bunlar olmasa aparılan islahatların effekti çox az olacaq. İndiki pensiya yaşı məqbuldur.  Azərbaycan insanı işləmək istəyir. Aldığı maaşı təqaüdə dəyişmək istəmir. Bu işləyən təbəqəyə aidir. Əgər pensiyalar yüksək olarsa o zaman gələcəkdə yaş senzinə baxmaq olar. Yüksək pensiya ilə insanlar tez təqaüdə çıxır.  İnkişaf etmiş ölkələrdə olduğu kimi bundan yararlanmağa çalışarlar. Məncə islahatlar müxtəlif sahələrdə davam edəcək. Bu islahatlar vətəndaşların ürəyincə olacaq.”


OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...