İşıqforda sürücülərə satılan güllərlə bağlı ŞOK XƏBƏR

İşıqforda sürücülərə satılan güllərlə bağlı ŞOK XƏBƏR

Bakıda küçə və yollarda əllərində gül satanlara, yəqin ki, çoxları rast gəlir. Xüsusən də, işıqforlarda və avtomobillərin aşağı sürətlə hərəkət etdiyi küçə və yollarda onları tez-tez görmək olar. Mağazalardan fərqli olaraq, gülü daha ucuz qiymətə satan bu şəxslərin hamısı olmasa da, aralarında fırıldaqçılar da varmış.

Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, həmin fırıldaqçılar gülləri haradansa alıb-satmırlar. Onlar həmin gülləri qəbristanlıqlardan oğurlayıb ucuz qiymətə satırlar. Bu işdə onlara qəbristanlıq nəzarətçilərinin də yardım etdiyi ehtimal olunur.

Oğurluq güllər digərlərinə nisbətən solğun olur və yarpaqları qaralır. Məhz bu səbəbdən də fırıldaqçılar həmin gülləri, əsasən, günün qaranlıq vaxtında satışa çıxarırlar. Bununla da, ucuz qiymətə satılan gülləri alan sürücülər onların köhnə olduğunu görmürlər. Bütün bu deyilənlər bir müddət əvvəl polisə də məlum olub. Bakı polisi bu istiqamətdə araşdırmalara başlayıb.
Odur ki, 14 fevral "sevgililər günü"ndə gül alarkən diqqətli olun.


OXŞAR XƏBƏRLƏR

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat...

Milli Məclisin iclası BAŞLADI - 14 məsələ MÜZAKİRƏ EDİLİR 

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələ daxil edilib. ...