Dünya

İŞİD Şri-Lankadakı partlayışın məsuliyyətini üzərinə götürdü

İŞİD Şri-Lankadakı partlayışın məsuliyyətini üzərinə götürdü


İŞİD Şri-Lankada baş verən partlayışların məsuliyyətini öz üzərinə götürüb. Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, terror təşkilatı bu bəyanatı verərkən hər hansısa sübut göstərməyib.


Qeyd edək ki, ötən bazar günü Şri-Lankada bir neçə partlayış baş verib. Altısı Kolombo, Neqombo və Battikaloa şəhərləində, yeddincisi isə ölkənin qərbindəki Dexivala, səkizincisi isə paytaxtın kənar rayonunda törədilib. Təhlükəsizlik qüvvələri daha bir bombanı beynəlxalq Bandaranaike hava limanına gedən yolda aşkar ediblər.

 

Partlayışlar zamanı 321 nəfər ölüb, 520 insan yaralanıb. İndiyə qədər 40 nəfər saxlanılıb. Bu gün ölkə ərazisində matəm elan olunub.

 

 

Rəşad

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031