İŞİD Rusiyada binadakı partlayışı üzərinə götürdü
09:12 / 18.01.2019
1869
İŞİD terror qruplaşması Rusiyada baş verən partlayışlara görə məsuliyyəti üzərinə götürüb.
"Report" xəbər verir ki, bu barədə silahlıların internetdəki aktivliyini izləyən "SITE Intelligence Group" məlumat yayıb.
Qeyd edilir ki, terrorçular tərəfindən nəşr edilən qəzetlərdən biri qruplaşmanın Maqnitoqorsk şəhərində yaşayış binasında, həmçinin bir gün sonra avtobusda törədilən partlayışa görə məsuliyyəti üzərinə götürdüyünü xəbər verib.
Qeyd edək ki, yanvarın 2-də Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasının girişinin uçması nəticəsində 37 nəfər ölüb.