Dünya

“İŞİD İran banklarından pul transferi üçün istifadə edib” – İranlı deputatdan şok etiraf

“İŞİD İran banklarından pul transferi üçün istifadə edib” – İranlı deputatdan şok etiraf
İranda islahatçılar qanadına yaxınlığı ilə tanınan Tehrandan seçilmiş deputat Mahmud Sadıki İŞİD-in keçmiş illərdə pul transferi üçün İran banklarından istifadə etdiyini bəyan edib.

Sfera.az xəbər verir ki, o, bu barədə "Twitter” səhifəsində yazıb:

"İŞİD keçmiş illərdə "çirkli pullar”ı yumaq üçün İran bank sistemindən istifadə edirdi. Hətta bu vəziyyət Suriya dövlətinin etirazlarına səbəb olmuşdu. Narkotik və vergidən yayınan böyük şəbəkələrin "çirkli pullar”ın yuyulması ilə mübarizənin əleyhinə olan lobbinin içində olduğunu qeyd edən Sadıki "Onlar bank əməliyyatlarının şəffaf olmasından qorxurlar. İnqilabçı şüarlarla mühafizəkarları qaza gətirərək öz mənfəətlərini qorumağa çalışırlar”, deyə vurğulayıb.

Sadıki İran banklarının beynəlxalq bank sisteminə inteqrasiya ola bilməməsinin qarşısındakı maneənin iqtisadi sanksiyalardan başqa ölkə daxili faktorlardan da irəli gəldiyini bildirib.

Qeyd edək ki, İran parlamentində bazar günü terrora maliyyə dəstəyinin qarşısının alınması ilə bağlı qanunda edilən dəyişikliklər və ictimaiyyət arasında "FATF qanunu” kimi tanınan qanun layihəsi ultra-mühafizəkar "Müqavimət cəbhəsi”nə yaxın deputatların etirazına səbəb olmuş, qanun layihəsi təxirə salınmışdı. İranda mühafizəkarlar yeni qanun layihəsinin qəbulu ilə "Hizbullah” kimi təşkilatlara pul ayrılmasının qarşısının alınacağından narahatdırlar. 
 
Rəsul
Sfera.az

XƏBƏR LENTİ