İŞİD-in topladığı sərvətin həcmi açıqlandı

İŞİD-in topladığı sərvətin həcmi açıqlandı

İŞİD qruplaşmasının 3 milyard avro sərvətə malik olduğu bildirilir. Sfera.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Fransanın Europe 1 telekanalı açıqlama verib.

Jurnalistlərin araşdırmasına əsasən, qruplşama İraq və Suriyanı işğalda saxladığı illər ərzində 3 milyard avroya qədər sərvət toplayıb və bu göstərici ilə dünyanın ən zəngin qruplaşmasıdır.

Europe 1 qeyd edir ki, nüfuzunun ən yüksək vaxtında qruplaşma İraqda taxıl istehsalının 40%-ni və Suriyada isə pambıq istehsalının isə 80%-nə nəzarət edib. Təbii ki, qruplaşmanın əsas gəlir mənbəyi neft yataqları olub.

İŞİD darmadağın edilməzdən əvvəl, öz investisiyalarını Türkiyə, Yaxın Şərq və İraqdakı ayrı-ayrı şəxslərin adına keçirib.

Buna görə, Avropa təhlükəsizlik xidmətinin əməkdaşları Parisə toplaşaraq terrorizmin sponsorluğuna qarşı iclas olub.

DİGƏR XƏBƏRLƏR


---