İŞİD-in pulyığanları həbs edildi

İŞİD-in pulyığanları həbs edildi
Rusiya Federal Təhlükəsizlik Xidməti İŞİD terrorçuları üçün maliyyə vəsaiti toplayan hücrənin fəaliyyətini aşkar edib.  
 
Bu barədə FTX-nin ictimayətlə əlaqələr mərkəzindən məlumat verilib.  
 
"Federal Təhlükəsizlik Xidmətinin Krasnodar diyarı, Dağıstan Republikası və Adiqey Respublikası ərazisində Suriyadan idarə edilən beynəlxalq terror təşkilatı olan İŞİD üçün maliyyə vəsaiti toplayan şəxslərin fəaliyyətinin qarşısı alınıb”, - deyə məlumatda  bildirilir.  
 
Məlumata əsasən, yaxalanan şəxslər xeyriyyəçilik adı altında topladıqları maliyyə vəsaitini Suriya Ərəb Respublikasına yollayıblar.   10 milyon rubl dəyərində maliyyələşmə aşkar edilərək, 3 nəfərin həbs edildiy diqqətə çatdırılır. 


OXŞAR XƏBƏRLƏR