İsgəndər Həmidov partiya sədrinə replika atdı: “Mənlə əlbəyaxa olmaq çətin məsələdir…”

İsgəndər Həmidov partiya sədrinə replika atdı: “Mənlə əlbəyaxa olmaq çətin məsələdir…”


"Üzr istəmək məsələsində addım atmaq niyyətim yoxdur. Bu addımı atmaram. Nə də ondan bunu tələb etmərəm”


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Xalq Hərəkatının (AXP) son toplantısında sabiq daxili işlər naziri İsgəndər Həmidovla AG Partiyanın başqanı Tural Abbaslı arasında yaşanan qarşıdurmaya aydınlıq gətirərkən ikinci deyib:


"Həmin toplantıda yaranan insidentin səbəbi mənə də aydın deyil. İsgəndər Həmidov mənə qarşı hansısa ittihamlar irəli sürdü və birdən-birə mənim məsələmi müzakirəyə çıxardı. Səbəbi, niyyəti, məqsədi nə idi, bu barədə heç bir anlayışım yoxdur. Prosesin gedişində əsəblər bir qədər gərginləşdi. Amma nəticə olaraq Həmidovun təklifi keçmədi, keçə də bilməzdi, buna əsas da yox idi. Sözün düzü mənim üçün də qaranlıq idi. Hansısa problem varsa niyə onu bu formada həll etməyə çalışır? Amma hər halda yəqin ki, buna İsgəndər Həmidov cavab verməlidir. Yaranmış insidentin intizam komissiyasında araşdırılmasını təklif etmişəm”.

 

AG Partiya başqanı İsgəndər Həmidov, Valeh Qaramanlı kimilərilə probleminin olmadığını diqqətə çatdırdı: "Onların varsa özləri bilər, şəxsi işləridir. Üzr istəmək məsələsində addım atmaq niyyətim yoxdur. Bu addımı atmaram. Nə də ondan bunu tələb etmərəm. Burada ümumiyyətlə həmin istiqamətdə addım atmalı bir şey görmürəm. Ona görə bu barədə ümumiyyətlə düşünmürəm. Kiminsə məndən üzr istəməsilə bağlı tələbim də yoxdur. Çünki belə komplekslərim yoxdur. Kimin kim olduğunu xalq görür və analiz edir. Hərə öz hərəkətinə cavabdehdir. İsgəndər Həmidovun xarakteri budur”.


Sabiq daxili işlər naziri İsgəndər Həmidov yas mərasimində olduğunu bildirək sualımıza geniş cavab verməkdən yayınsa da baş verənlərlə bağlı qısa açıqlama verdi: "Toplantıda kiçik bir mübahisə olub. Müzakirələrin gedişində mübahisələr də ola bilər. Amma əlbəyaxa məsələsi olmayıb. Mənlə əlbəyaxa olmaq çox çətin məsələdir. Azərbaycan Xalq Hərəkatının (AXP) növbəti iclaslarının birində düşünürəm ki, bir-birimizdən üzr istəyəcəyik. İkimiz də düşünürəm ki, bu istiqamətdə addım atacağıq”.


Qeyd edək ki, AXP-nin növbəti toplantısında sabiq daxili işlər naziri İsgəndər Həmidovla AG Partiya rəhbəri Tural Abbaslı arasında qarşıdurma yaşanıb. Hətta videodan da göründüyü kimi birinci ikinciyə əl qaldırmağa da çalışıb.

 

ELÇİN

 

OXŞAR XƏBƏRLƏR