İşə gec gələn xanım əməkdaşı müdir cəzalandırdı - Qız bir neçə gündən sonra öldü - FOTO

İşə gec gələn xanım əməkdaşı müdir cəzalandırdı - Qız bir neçə gündən sonra öldü - FOTO
 Çində müdir işçisinin ölümünə səbəb olub.

 15 yaşlı Xiao Fei adlı qız işə gecikdiyinə görə müdiri tərəfindən sərt cəzalandırılıb. Belə ki, müdir qızdan 100 dəfə oturub qalxmağı tələb edib. Qız isə onun əmrini yerinə yetirmək məcburiyyətində qalıb.

Qızın atasının "Guangdong Television Broadcast"a verdiyi açıqlamasına görə, Xiao evə gələndə çox pis halda olub və ayaqlarını hərəkət etdirməkdə çətinlik çəkib.

Xiaonun anası söyləyib ki, qız evə gələndə halsız idi, dərman qəbul edib və bir müddət sonra huşunu itirib. O, xəstəxanaya yatırılıb. Xiao bu ayın 7-də xəstəxanada həyatını itirib. 

Araşdırma nəticəsində məlum olub ki, qızın ölümünə səbəb nəfəs almaqda çətinlik çəkməsi olub.

 

Xiao Çinin Qfang daşınmaz əmlak agentliyininin Zhongshan şəhərindəki filialı olan "Sunny Garden" ofisində işçi olub. 

Məsələ ilə bağlı araşdırma davam etdirilir.

 Milli.Az 

İşə gec gələn xanım əməkdaşı müdir cəzalandırdı - Qız bir neçə gündən sonra öldü - FOTO


OXŞAR XƏBƏRLƏR