İşdən çıxarılan rektorları əvəz edənlər məlum oldu

İşdən çıxarılan rektorları əvəz edənlər məlum oldu
Milli Məclisə keçirilmiş 1 noyabr seçkiləri nəticəsində 4 rektor yenidən deputat mandatı qazandı. Ardınca isə Prezident İlham Əliyevin 24 noyabr 2015-ci tarixli sərəncamına əsasən, həmin şəxslər – Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Müəllimlər İnstitunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev tutduqları vəzifədən azad edildilər.
 
Modern.az hazırda onların səlahiyyətlərini kimin əvəz etdiyini müvafiq ali təhüsil ocaqlarından öyrənməyə çalışıb.
 
Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından bildirilib ki, hazırda rektor vəzifəsini təhsil ocağının tədris işləri üzrə prorektoru Qəhrəman Məmmədyarov icra edir
 
Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova qeyd edib ki, noyabrın 25-dən təhsil ocağının elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov rektor vəzifəsini icra edir.
 
Azərbaycan Tibb Universitetindən bildirilib ki, tədris işləri üzrə prorektor Sabir Əliyev hazırda rektor vəzifəsini müvəqqəti olaraq icra edir.
 
Azərbaycan Müəllimlər İnstitutu isə prezidentin dünən imzaladığı müvafiq sərəncamla Azərbaycan Pedoqji Universitetinə birləşdirilib.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...