İşdə yatan işçilər ayda əlavə 500 dollar alacaq!

İşdə yatan işçilər ayda əlavə 500 dollar alacaq!

"Siz yatmaqla pul qazanacaqsınız!" Cavabınız nə olardı?

 

Sfera.az xəbər verir ki, Yaponiyada bir şirkət işçilərə qeyri-adi təklif edib. Gün ərzində işdə ən azı 2 saat yatan işçi ayda 500 dollar qazanacaq. Yapon şirkəti təklifi onunla əsaslandırıb ki, işdə az da olsa yatan işçi, yuxudan sonra daha rahat işləyə bilir. Yapon xalqı işgüzar xalqdlr. İşdən ayrılmağı sevmirlər. Hətta nahar zamanı yapon işçilər çalışır.

 

Kifayət qədər yuxusuzluq yüksək qan təzyiqindən depressiyaya qədər bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Məhz buna görə yapon şirkəti işçini yatmaqla pul qazandırmaqla özü də qazanmaq istəyir.  Məhz  2013-ci ildə, 31 yaşlı  Miwa Sado, 159 saatlıq işdən sonra  ürək çatışmazlığından dünyasını dəyişmişdi.

 

2009-cu ildə aparılan bir araşdırmaya görə, yuxusuzluğun gətirdiyi ölüm və xəstəlik səbəbindən  Yapon iqtisadiyyatı illik 138 milyard dollar ziyana düşür.

 


OXŞAR XƏBƏRLƏR