İşçilərinə ev hədiyyə edən müdir

İşçilərinə ev hədiyyə edən müdir
Hindistanda almaz ticarəti ilə məşğul olan iş adamı işində yüksək nəticə göstərən işçilərinə son iki ildə 8 milyon dollarlıq zinət əşyası, maşın və ev hədiyyə edib.
Sfera.az-ın "musavat.com”-a istinadən məlumatına görə, mərkəzi Gujarat əyalətində yerləşən "Hrişikeş” adlı firmanın sahibi Savji Dholakia 2012-ci ildən bu günə qədər yüksək nəticə göstərən 1216 nəfər işçisindən 491-nə maşın, 525-ə zinət əşyası və 200-ə ev hədiyyə edib. Dholakia işçilərinə göndərdiyi mesajda aşağıdakıları yazıb: "Bu şirkət sizin sayənizdə qazanır. İşçilərimiz xoşbəxtdirsə, biz də işimizdə irəliləyə bilərik”.

Şirkət işçilərindən Nareşbhai Maini isə deyib ki, keçən il rəhbərlik ona maşın, bu il də zinət əşyası hədiyyə edib: "Keçən il ev və ya zinət əşyası alanlara bu il maşın hədiyyə edilib. Mən də xoşbəxtliyimi sözlə ifadə edə bilmirəm”.

7500 nəfər işçisi olan şirkətin ABŞ, Belçika və Çində ofisləri var.

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...