\"İşğal etdiyiniz torpaqlardan nə vaxt çəkiləcəksiniz?\" - VİDEO
"Real” TV-nin və Report informasiya agentliyinin Moskva müxbirinin sualları Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanı çətin vəziyyətə salıb.
7NEWS.azxəbər verir ki, Moskvada səfərdəolan Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi
mətbuat konfransına qatılan "Real” TV-nin və Report informasiya agentliyinin Rusiya bürosunun əməkdaşı İqbal Rüstəmov İrəvanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı
yürütdüyü blef siyasətini işğalçı ölkə rəhbərinin
üzünə çırpıb. Paşinyana bir neçə sual ünvanlayan Rüstəmovəvvəlcə İrəvanın "konstruktiv mövqe” haqda bəyanatlarına baxmayaraq, Ermənistan ordusunun cəbhə xəttində təxribatlarını davam etdirdiyini və bunun nəticəsində hətta ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı Azərbaycan
hərbçilərinin snayper atəşi
ilə öldürüldüyünü xatırladıb: "Bir tərəfdən
danışıqlarda konstruktiv mövqe tutduğunuzu deyirsiz, digər tərəfdən isə insanlar həlak olur. Bunu necəizah edərdiz?”
Rüstəmovun
Paşinyana ünvanladığı növbəti
sual isə konkretliyi ilə seçilib: "Ermənistan
ordusu işğal etdiyi Azərbaycan ərazilərindən nə vaxt çəkiləcək?”
Azərbaycanlı jurnalistin sonuncu
sualı isə rəsmi
Bakının tühlükəsizliyinə yüksək səviyyədə təminat verdiyi London "Arsenal”ının erməni futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlməməsinin səbəbləri
ilə bağlı olub. Cavaba sonuncu sualdan başlayan
Paşinyan məsələnin mahiyyətindən yayınmağa çalışaraq, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmadığını xatırladaraq, uğursuz müqayisəyə cəhd
göstərib.
Paşinyan iyunun ilk ongünlüyündə Azərbaycan hərbçilərinin ermənilərin snayper atəşi ilə qətlə yetirilmələrinin məsuliyyətini də öz üzərindən atmağa çalışıb. Baş nazir işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasına dair suala isə "Ermənistan
Dağlıq Qarabağın təhlükəsizliyinin yeganəqarantıdır” cavabını verməklə kifayətlənib.