İsa Qəmbərin insult keçirməsi xəbərinə ailəsindən reaksiya: \"Elə bir şey yoxdur\"

İsa Qəmbərin insult keçirməsi xəbərinə ailəsindən reaksiya: \
Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin Türkiyədə müalicə aldığı xəstəxanada insult keçirməsi barədə mətbuatda xəbərlər yayılıb.

 

Sfera.az xəbər verir ki, modern.az xəbəri dəqiqləşdirmək üçün İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbərlə əlaqə saxlayıb.

 

O saytımıza açıqlamasında İsa Qəmbərin insult keçirmədiyini, kimlərinsə bilərəkdən yalan xəbər yaydığını deyib.


"İsa Qəmbərin insult keçirməsi barədə yayılan xəbərlər doğru deyil. Elə bir şey olsaydı, mən də onunla Türkiyəyə gedərdim. 5 dəqiqə bundan qabaq həkimlə danışmışam. Elə bir şey yoxdur”.

Aida Qəmbər xəbərin mətbuatda yazılmasına da aydınlıq gətirib.

"Bilirəm ki, mətbuatın işi xəbər yazmaqdır. Buna etiraz etmirəm. Amma İsa Qəmbərin səhhətində ciddi bir şey yoxdur. Düzdü, müəyyən, kiçik problemlər vardı. O da həll olunub. Hətta Azərbaycan mətbuatının hər bir əməkdaşı Türkiyənin Hacəttəpə Universiteti klinikasının həkimi ilə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilər”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə saytımıza açıqlamasında xəbərə daha sərt münasibət bildirib.


"Kobud ifadəmə görə üzr istəyirəm, amma bu məlumatı yayanlar qələt edir, başlarını divara vururlar! İsa Qəmbər insult keçirməyib və beyninə də qan sızmayıb. Hazırda vəziyyəti stabildir. Bu gün baş-beyin tomoqrafiyasından keçib və heç bir problem aşkar edilməyib. Məlumatı yayan sayt bilərəkdən bunu edir. Isa Qəmbərin Hacətəpə Universitetinin klinikasında müayinələri davam edir”


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir”

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...