İş axtaranlar mütləq oxusun! - Artıq dələduzlar sizi aldada bilməyəcək

İş axtaranlar mütləq oxusun! - Artıq dələduzlar sizi aldada bilməyəcək

Xəbər verdiyimiz kimi Azərbaycanda iş axtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin vahid reyestri yaradılacaq.

Bu barədə "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

 

Sfera.az xəbər verir ki, yeni sabah-a danışan iqtisadi ekspert Vüqar Bayramov bu qərarın mahiyyətini izah edib.

O qeyd edib ki, bu qərarla artıq vətəndaşlarımız dələduzlarla rastlaşmadan işlə təmin oluna biləcəklər:

"Bötövlükdə əmək bazarı və əmək bazarına çıxışın artırılması bu planın əsas hədəflərindən biridir. Belə ki, əmək bazarına daxil olan vətəndaşlarımızın peşə təliminin gücləndirilməsi, eyni zamanda onların işlə təmin olunmasına nail olunması əsas məqsəddir. Çünki əvvəlki dövrlərdə, xüsusən də bəzi hallarda vətəndaşlarımızın aldatılması halları olurdu. Amma sözü gedən plana uyğun olaraq, dövlətin bu istiqamətdə rolunun gücləndirilməsi nəticəsində belə hallara yol verilməyəcək.

Həmçinin bu istiqamətdə şəffaflığın artırılması əsas prioritetlərdəndir. Planın icrası həm də vətəndaşlarımızın yaxın dövrlərdə daha asan və aldadılmadan, dələduzlarla rastlaşmadan bu proseduru keçməklə öz ixtisasına uyğun işlə təmin olunmasına imkan yaradacaq".



OXŞAR XƏBƏRLƏR