İş adamı özünü asdı - Azərbaycanda müəmmalı intihar
14:19 / 30.01.2019
4382
Cəlilabad rayonunda sahibkar intihar edib.
Report xəbər verir ki, hadisə şəhərin S.Axundov küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1978-ci il təvəllüdlü Rəşad Sulduz oğlu Quliyev yaşayış evlərinin həyətindəki tikilidə özünü asaraq intihar edib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub.
R.Quliyev rayon ərazisində market sahibi olub.
Faktla bağlı araşdırma aparılır.