İrlandiya da Guaidonu prezidenti kimi tanıdı

İrlandiya da Guaidonu prezidenti kimi tanıdı
İrlandiya müxalifət lideri Xuan Guaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyaraq, bir sıra digər Avropa ölkələrinin mövqeyinə qatılıb.

Bu barədə ölkənin xarici işlər naziri Saymon Koveninin bəyanatında deyilir ki, Dublin Avropa diplomatiyasının rəhbəri Federiko Moqerininin 26 yanvar tarixli qərarını dəstəkləyir.

Həmin qərarda Venesuela hakimiyyətinin legitimliyinin növbədənkənar prezident seçkilərinin keçirilməsinə hazırlıqla bağlı olduğu bildirilir.

"Belə bir bəyanat olmadığı üçün (Seçkilərin keçirilməsi ilə bağlı), biz Xuan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyaraq, Avropa İttifaqının digər ölkələrinə qoşuluruq", - deyə kommünikedə qeyd olunur.

Daha əvvəl Venesuela hökumətinin müxalifət lideri Xuan Quaidonu müvəqqəti prezident kimi tanıyan ölkələrlə münasibətləri təftiş edəcəyi məlum olub.


OXŞAR XƏBƏRLƏR