İrəvanda qiyam: ölən və yaralılar var, istefa tələbi səslənir - YENİLƏNİB - FOTO

İrəvanda qiyam: ölən və yaralılar var, istefa tələbi səslənir - YENİLƏNİB - FOTO

17:45

Polis və Daxili Qoşunların binasını ələ keçirənlərlə danışıqlar artıq bir neçə saatdır davam edir. 

Sfera.az İnterfax-a istinadən bildirir ki, bu barədə agentliyə Ermənistan polisindən bildirilib. 

"Danışıqlar davam edir. Aktiv hərəkətlərə hələ keçməmişik", - agentliyin müsahibi deyib.

Bu arada silahlı qrupun liderlərindən biri Pavel Manukyan silahdaşları ilə yenidən əlaqə yaradıb.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, o bildirib ki, əsas tələblərindən biri liderləri Jirayr Sefilyanın onlara verilməsidir.

Sefilyanın lider olduğu "Yeni Ermənistan hərəkatının üzvləri Karo Yexnkyan və Syuzan Simonyan isə insanları küçələrə çıxmağa çağırıblar.

Elə bu arada polislər Azadlıq meydanında jurnalist Artur Ayrapetyanı tutaraq döyüblər.

RİA Novosti isə bildirir ki, güc strukturları bu dəqiqələrdə girovların azad edilməsi üçün xüsusi əməliyyata hazırlaşırlar.

---------

17:05

Erebunidə polis binasının əhatəsindəki hərbi texnika hərəkətə gətirildi. 

Sfera.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Sputnik Armenia xəbər verir. 

Polislər girovların olduğu binanı əhatəyə alıblar. Onlar iki zirehli maşını binaya tərəf buraxaraq yolu yenidən bağlayıblar. İçəridə nə baş verdiyi bilinmir. Polis heç bir şərh vermir. 

------------

16:29

Sfera.az RİA Novosti-yə istinadən bildirir ki, İrəvanda polis və hərbçilər polis binasında girov götürülənlərin azad olunması üçün xüsusi əməliyyat başladıblar.

---------

16:20

Erebunidə polis və Daxili Qoşunların binasına basqın zamanı post-patrul alayının rəis müavini polkovnik Artur Vanoyan öldürülüb. 

Sfera.az İnterfax-a istinadən bildirir ki, məlumatı Ermənistan polisinin rəis müavini Unan Poqosyan jurnalistlərə deyib. 

"Hücum zamanı polkovnik Artur Vanosyan öldürülüb. Polkovnik Aram Ovannisyan, podpolkovnik Qraç Xosteqyan, baş-leytenant Qagik Mkrtçyan güllə yarası alıblar. Bir neçə polis bədən xəsarəti alıb", - o bildirib.   

Hazırda qiyamçılarla danışıqlar davam etdirilir. Ancaq polis onların neytrallaşdırılması əməliyyatına hazır vəziyyətdə gözləyir.

"Danışıqlar davam edir. Biz onları hökumətə təslim olmağa çağırırıq. Hüquq mühafizəçilərinin gərəkli gücü və vasitələri var və onlar bütün lazım olan ölçüləri götürəcəklər. Əgər bizi dinləməsələr, onları neytrallaşdıracağıq. Çünki qatillərlə başqa cür davranmırlar. Amma hələlik danışıq aparırıq. Onların yeganə tələbi Jirayr Səfilyanı azad etməkdir. Amma bu, mümkün deyil", - Poqosyan deyib. 

O, həmçinin bildirib ki, qiyamçılar arasında yaralanan yoxdur. 

-----------

13:29

İrəvanda Daxili Qoşunların və polis binasının silahlılar tərəfindən ələ keçirilməsi zamanı bir polis ölüb, ikisi yaralanıb.

Sfera.az İnterfax-a  istinadən bildirir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətindən (MTX) deyiblər. 

"Bir polis ölüb, ikisi yaralanıb, daha ikisi girovluqdan azad edilib", - MTX-nin bəyanatında deyilir. 

Bildirilir ki, 2 nəfəri xüsusi təyinatlılar azad ediblər. 

Polisin öldürülməsinin detalları açıqlanmır.

"Hüquq-mühafizə orqanları situasiyanı tam nəzarətdə saxlayır və normallaşması üçün bütün tədbirləri görürlər", - Ermənistan MTX bildirib.

---------

13:12

İrəvanda silahlılar polis bölməsində 8 nəfəri, o cümlədən Ermənistan polis rəisinin müavini general-mayor Vardan Yegizaryanı girov götürüblər. 

Sfera.az bildirir ki, xəbəri İnterfax yayıb.  

Bu barədə məlumatı deputat Nikol Paşinyan verib. O, hadisə yerində olub və silahlılarla danışıqlar aparıb. 

-----------

13:07

İrəvanda silahlı qiyam başladıqlarını elan edən silahlı qrupun üzvlərindən Tatul Tamrazyan yaralanıb və xəstəxanaya yerləşdirilib.
 
APA-nın Ermənistanın "Lragir.am" saytına istinadən verdiyi məlumata görə, hazırda Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasının  ətrafındakı evlərin damlarına snayperlər yerləşdirilib.
 
Hər iki tərəfdən yaralılar var. İrəvan Polisinin rəis müavini Valeri Osipyan və Ermənistan Polisinin rəis müavini qiyamçılarla danışıqlar aparılması üçün göndəriliblər. "Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvləri təşkilatın lideri və Təsis parlamentinin koordinatoru Jirayr Sefilyanın azad edilməsini və yalnız onun əmrlərini yerinə yetirəcəklərini bəyan ediblər. 

---------

13:02

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, İrəvanda silahlıların ələ keçirdikləri polis binasının ərazisindəki yaşayış binalarına snayperlər yerləşdirilib. 
Ərazidə yaşayan sakinlər günün səhər saatlarında binada atışma səslərini eşitdiklərini bildiriblər. Rəsmi məlumata görə, hər iki tərəfdən yaralanan var. Hazırda qiyamçılarla danışıqlar aparılır. 

------------

12:43

Sfera.az RİA Novosti-yə istinadən bildirir ki, İrəvanda, Erebunidə  7 polis girov götürülüb. 

Bu barədə yerli KİV deputata istinadən məlumat yayıb. 

----------

12:18

İrəvanda ələ keçirilmiş polis bölməsinin yaxınlığında yerləşən binaların sakinləri təxliyə edilirlər. 

Sfera.az RİA Novosti-yə istinadən bildirir ki, bölməyə aparan bütün yollar bağlanıb və əhatəyə alınıb. Xeyli sayda polis, Daxili Qoşunların əsgərləri, həmçinin zirehli texnika əraziyə cəlb edilib. 

---------

11:46

Ermənistan hökumətinin nümayəndələri İrəvanda polis və Daxili Qoşunların binasını ələ keçirmiş silıahlılarla danışıqlara başlayıblar. 

Sfera.az İnterfax-a istinadən bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidmətinin verdiyi açıqlamada deyilir.

----------

11:36

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün səhər İrəvanda Ermənistan Polisinin Patrul-mühafizə polkuna hücum olduğu və polkun ərazisində girovlar olduğu barədə məlumat yayıb.
 
APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, hücum edənlər sosial şəbəkələr vasitəsi ilə qiyam qalxdığı barədə məlumat yayırlar. 
 
Ermənistan Milli Təhlükəsizlik Xidməti əhalini bu məlumatlara inanmamağa çağırıb. Məlumatda silahlı şəxslərin silahları dinc yolla təhvil verməsi üçün danışıqlar aparıldığı bildirilib. 

--------

11:29

İrəvanda polis binasını zəbt edənlər bildiriblər ki, paytaxtda silahlı qiyam qalxıb. 

Sfera.az bildirir ki, TASS-ın məlumatına görə, Ermənistan polisinin mətbuat xidməti deyib ki, silahlılar hökumətin istefasını tələb edirlər.  

Müxalifətin yaydığı bəyanatda deyilir ki, onlar "silahlı qiyamla Ermənistanda vəziyyəti dəyişməyə" çalışırlar. 

Həmçinin bildirirlər ki, polisin əsas bazalarından birini ələ keçiriblər və İrəvanın cənubundakı bir məhəlləyə nəzarəti ələ alıblar. 

---------

11:18

Bir neçə şəxsin İrəvan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirməsi zamanı bir nəfər ölüb. Yaralılar var. 

Sfera.az bildirir ki, bu barədə İnterfax yerli telekanallara istinadən məlumat yayıb. 

Həmçinin bildirilir ki, İrəvanın polis rəisinin müavini Valeri Osipyan girov götürülüb.

Binanı ələ keçirənlər hakimiyyətin istefasını tələb edirlər. 

Erebuniyə gedən bütün yollar bağlanıb. 

---------

11:10

Bir qrup silahlı şəxs İrəvan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Trend-n İnterfaks agentliyinə istinadən xəbərinə görə, hadisə yerinə əlavə qoşun göndərilib.

--------

11:01

Silahlı şəxslər İrəvanda polis binasını ələ keçiriblər. Bu barədə Trend İnterfaks agentliyinə istinadən xəbər verir.


OXŞAR XƏBƏRLƏR

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...