İrəvanda atışma olub, xəsarət alan var
08:23 / 20.04.2019
2180
Ermənistanın paytaxtı İrəvan şəhərində atışma olub.
Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə Avan qəbristanlığı ərazisində qeydə alınıb. Silahlı insident zamanı 40 yaşlı Aleksan Aleksanyan xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı açıqlanmır.
Daha əvvəl paytaxt İrəvan şəhərinin küçələrinin divarlarına ağ boya ilə "#SutNikol” ("Saxtanikol”) yazan 5 nəfər polisə aparılıb.