İrəvanda aksiyalar keçirilir

İrəvanda aksiyalar keçirilir

Ermənistanda artıq hər gün etiraz aksiyaları keçirilir.

Təzyiqli su və zorakılıq; paytaxtİrəvan küçələrində hər gün bu vəziyyət yaşanır.Əvvəllər “Talana yox” adı altında keçirilən etiraz aksiyaları indi “Müstəqillik yürüşü” şüarı ilə keçirilir. Bir neçə saat öncə paytaxt İrəvanda aksiya keçirilib. Fəallar iqtidar partiya nümayəndələrinə qarşı sərt ittihamlar səsləndirib, onları hakimiyyətdən sui-istifadə etməkdə təqsirləndiriblər. Etirazçılar hökuməti istefaya çağırıb.Onlar dövlət məmurlarını öz şəxsi hesablarını yüksəltmək üçün özlərinə sərf edən qərarlar qəbul etməkdə ittiham ediblər. Fəalların əsas tələbləri sırasında prezident Serj Sarkisyanın həbs edilməsi tələbi də var. Lakin Ermənistan prezidenti Sarkisyan hər gün adının etirazlarda səslənməsinə baxmayaraq baş verənlərə münasibət bildirməyə tələsmir.

 Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin açıqlaması isə vəziyyəti xüsusilə gərginləşdirib. Fəallara dəstək nümayiş etdirən xanım deputat Zarui Postancyanın parlamentdəki çıxışına görə həbs edilə biləcəyi xəbəri yayılıb.“İrs” partiyasının yenicə təyin olunmuş sədri parlamentdə hökumət əleyhinə çıxışı ilə təhlükəsizlik xidmətinin diqqət çəkib. Təhlükəsizlik xidməti xanım deputatı təxribat xarakterli çıxışlar etməkdə günahlandırır. Lakin həbs etməyə hələ ki, tələsmirlər.Çünki Ermənistan hökuməti anlayır ki, fəallara dəstək nümayiş etdirən deputatın həbs edilməsi yeni və güclü etiraz dalğasının başlamasına səbəb ola bilər.

 anspress

Aysel


OXŞAR XƏBƏRLƏR

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...