İrəvan Qarabağda bunu etsə... - NATO Ermənistanı bombalayacaq

İrəvan Qarabağda bunu etsə... - NATO Ermənistanı bombalayacaq
Ermənistanda sentyabrın 21-də keçirilən hərbi parad zamanı nümayiş olunan "İsgəndər-M” raket kompleksləri beynəlxalq siyasi və hərbi ekspertlərin diqqətini yenidən Rusiya və NATO münasibətlərinə yönəldib.

Beynəlxalq ekspertlər Rusiyanın Ermənistan ərazisində "İsgəndər-M” raketlərini NATO təhdidinə qarşı yerləşdirdiyini düşünürlər.

"Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi”nin məlumatına görə, bu ilin may ayında Rumıniyanın Deveselu şəhərində yerləşən hərbi bazada NATO-nun "Aegis” yerüstü RMS kompleksinin açılışı və bundan dərhal sonra Polşanın Redzikovo ərazisində analoji komplekslərin tikintisinə başlanması Rusiyanı qorxuya salıb.

Moskva bəyan edib ki, NATO-nun Avropada raketdən müdafiə sistemi yerləşdirməsi Rusiyanın milli təhlükəsizliyi üçün təhlükədir və regionda strateji sabitliyi pozacaq. Bundan sonra Rusiya təhlükəsizlik məqsədi ilə əlaqədar "İsgəndər-M”lərdən” istifadə olunacağına dair NATO-ya xəbərdarlıq edib.

Beynəlxalq ekspertlərin gəldiyi qənaətə görə, bu gün Rusiyanın "İsgəndər” raket sistemlərini Ermənistanda yerləşdirməsi bu ölkənin özünə qarşı acıq təhlükə faktoru yaradacaq. Belə ki, Rusiyanın NATO ilə mümkün qarşıdurma halında NATO-nun ilk hədəfi Rusiyanın raket artilleriya sistemlərini sıradan çıxarmaq olacaq. Bu da Rusiyanın bufer zona seçdiyi Ermənistan ərazisinin hədəf olaraq vurulması deməkdir.

Digər tərəfdən, NATO "İsgəndər-M”lərdən istifadə zamanı da Ermənistanı hədəfə ala bilər. Ermənistan "İsgəndər-M”dən Qarabağda baş verə biləcək müharibədə istifadə edə biləcəyini gizlətmir. Bu isə NATO-nun da prosesə müdaxiləsi ilə nəticələnə bilər.(Publika.az)
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...