İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərindən qayıtdı - FOTO

İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərindən qayıtdı - FOTO
Bu il 136-cı teatr mövsümünü yaşayan İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərindən qayıdıb.

Kollektiv ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı tarixinin 100-cü il dönümünün geniş təbliğ edilməsi və anım mərasimlərinin keçirilməsi məqsədilə aprelin 27-dən mayın 10-a kimi Türkiyənin Trabzon, Sakarya, İstanbul, Ədirnə, Çanaqqala, İzmir və İnegöl şəhərlərində çıxış edib.
Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov Sfera.az-a məlumat verib. O, məlumatda bildirib ki, səfər 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində Türkiyə Cümhuriyyəti Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztəkin dəvəti və Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycan-Türkiyə kültür və sənətdə DEV kardeşlik və candaşlıq” layihəsi əhatəsində gerçəkləşib.

Kollektiv türkiyəli sənətsevərlər qarşısında şair-dramaturq İftixar Piriyevin "Soyqırımı tarixinin dastanı” tamaşası ilə çıxış edib.

Tamaşanın quruluşçu rejissoru və tərtibatçı rəssamı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Ceyhun Əliyev, Tural Xəlilzadə, Güney Əliyeva və Bəhruz Hikmətoğlu ifa ediblər.

Səhnə əsəri erməni quldurlarının XX əsrin əvvəlində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını əks etdirir.
Tamaşanı izləyənlər arasında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, rəhbər şəxslər də olublar. Tamaşa teatrsevərlər tərəfindən sevgi dolu alqışlarla, coşquyla qarşılanıb.

Türkiyənin müxtəlif şəhərlərində tamaşalardan sonra teatrın kollektivinə mükafatlar təqdim edilib.

Tədbir öncəsi Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztəkin ermənilərin türklərə qarşı törətdiyi soyqırım hadisələri ilə bağlı konfranslar verilmişdi. Bununla bərabər İrəvan teatrının yaradıcı kollektivi səfər zamanı iştirak etdikləri şəhərlərin tarixi və turistik yerləri ilə də yaxından tanış olublar. İrəvan teatrının direktoru İftixar Piriyev və yaradıcı kollektiv, Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztəkin daxil olmaqla bütün komanda İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın məzarını ziyarət ediblər. Daha sonra Ədirnə qəhramanı Şükrü Paşa, Milli Şair M.Akif Ərsoy və ölməz Türk şəhitlərinin məzarlarını ziyarət edərək dualar ediblər.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...